Mirzə Məmmədhüseyn

Məmmədhüseyn Cəfər oğlu Lətifov (13 iyul 1955, Yardımlı rayonu və ya Hamarkənd, Yardımlı rayonu)- pedaqoq, şair, yazıçı, publisist.[1]

Lətifov Məmmədhüseyn Lətifov
Məmmədhüseyn Cəfər oğlu Lətifov
Təxəllüsü Mirzə
Doğum tarixi (69 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti yazıçı

Mirzə Məmmədhüseyn 1955-ci ilin iyul ayının 13-də Yardımlı rayonunun Hamarkənd kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Ərəb, fars, rus, türk, alman dillərini bilir.

Doqquz kitabın müəllifidir. Şeirlərdən ibarət "Həsrət nəğmələri ", "Əbədi sevgi ", "Könül nəğmələrim ", "Könüldən könülə " adlı kitabları çap olunmuşdur. "Yarımçıq qalmış nəğmə", "Bir ağacın üç budağı ", "Həyatdan hekayələr " adlı kitablarında nəsr əsərlərinin bir hissəsi toplanmışdır. "Üç yarpaq" kitabı tarixi trilogiyadır. Düşüncələr" adlı fəlsəfi kitabında müəllifin həyat və ölüm, milli — mənəvi dəyərlər, insan, əxlaq, milli dövlətçiliyin qiyməti, Vətənə məhəbbət məsələləri, insan — insan, insan — cəmiyyət, cəmiyyət — insan, insan — dünya münasibətləri ilə bağlı fəlsəfi görüşlərindən ibarət yazılarının bir qismi yer almışdır. "Zirvə " və "Göyərçin əllər " adlı poeziya almanaxlarında çap olunmuşdur. Dörd kitabda Mirzə Məmmədhüseyn haqqında danışılır.

  1. "MİRZƏ MƏMMƏDHÜSEYN: Sınağın ardında zəfər gizlənir!." ZİM.Az | "ZİYA" İnformasiya Mərkəzi (rus).