Mirzə Nəsrulla Ərdəbili (Ərdəbil – 1854, İraq) — XIX əsr Azərbaycan şairi.
Mirzə Nəsrulla Ərdəbili | |
---|---|
Doğum yeri |
|
Vəfat tarixi | 1854 |
Vəfat yeri | |
Fəaliyyəti | şair |
Mirzə Nəsrulla Ərdəbili Vikimənbədə |
Mirzə Nəsrulla Ərdəbil şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Şəhərlərinin dini işləri ilə məşğul olmuşdu. Sədrülməmalik ləqəbini daşıyırdı.
Mirzə Nəsrulla şair idi. Nüsrət təxəllüsü ilə xoştəb şeir yazırdı. Tanınmış bioqraf Məhəmmədəli xan Tərbiyyət onun haqqında yazır: "Nüsrət Mirzə Nəsrulla Sədrül-Məmalik Ərdəbili – bilikdə və rəvan nitqdə öz əsrinin yeganəsi idi. O, zəmaməsinin bir çox alimləri və arifləri ilə dost olmuşdur. Mirzə Nəsrulla İsfahanda bilik əldə etmiş və Həsənəlişahın müridi olmuşdur. O, bir müddət Məhəmməd şahın müəllimi olub, vəzirlik dərəcəsinə də çatmışdır.
Mirzə Nəsrulla Qum və İraqa getmiş və hicri qəməri 1271 (1854)-cü ildə orada vəfat etmişdir. Onun oğlu Mirzə Hadi də hicri qəməri 1306 (1888)-ci ildə Qum şəhərində vəfat etmişdir. Aşağıdakı şeirlər ondandır:
Mövlana Nüsrət rəməl vəznində bir məsnəvi demişdir ki, Bəhmən mirzə öz təzkirəsində ondan beyt vermişdir.
Ədəbiyyat haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |