Mirzə Rza Kirmani (1854–12 avqust 1896) — Nasirəddin şah Qacarın qatili.
Rza Kirmani | |
---|---|
Mirzə Rza Kirmani | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Vəfat səbəbi | Edam cəzası |
Vikianbarda əlaqəli mediafayllar |
Mirzə Rza Kirmani Cəmaləddin Əfqaninin inanılmış tərəfdarlarından biri idi. O, son dəfə 1894-cü ildə zindandan xilas olduqdan sonra İstanbula getmək məqsədilə əvvəlcə Gilana gəlmiş, səfər vəsaiti, pulu olmadığından, bir müddət Ənzəlidə qalmağa məcbur olmuşdur. "Hövzeye bidaran"ın başçısı Əminüddövlə Ənzəli poçt idarəsi rəisi vasitəsilə Mirzə Rzaya kifayət qədər pul çatdırdıqdan sonra o, İstanbula gedə bilmişdir. Mirzə Rza bir müddət "İttihade İslam" başçılarının yanında yaşamış, sonra İrana qayıtmaq istəmişdir. İran hökuməti Mirzə Rzanın İrana qayıtmasının qarşısını almaq üçün İstanbul səfirliyinə göstəriş vermişdi. Mirzə Rza isə "İttihade İslam" üzvlərindən Əfzəlülmülk Kirmaninin pasportundan istifadə edərək İstanbuldan Trabzon, Batumi, Bakı yolu ilə Barfruşa (Babol), oradan da Tehrana getmişdir. Bir müddət Şahəbdüləzimdə yarıgizli yaşayan Mirzə Rza Babolda üç tümənə (302) aldığı tapança ilə 1896-cı il may ayının əvvəlində Nəsirəddin şahı öldürmüşdü. Nəsirəddin şahın öldürülməsi Sultan Əbdülhəmidi daha da qorxutmuş, Trabzon zindanında saxlanılan iranlı dustaqları İran hökumətinə təslim etmək əmri vermişdir. Onlar 1896-cı il avqustun 12-də Mirzə Rzanın Tehranda boğazdan asıldığı günün axşamı Təbrizdə Məhəmmədəli mirzənin tərəfindən öldürülmüşdülər.