Mirzə Sadıq xan Mirzə Cavad xan oğlu Müstəşarəddövlə (1863–1953) — İranın ictimai-siyasi xadimi.
Mirzə Sadıq xan Müstəşarəddövlə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1863 |
Doğum yeri | |
Vəfat tarixi | 21 yanvar 1953 |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Mirzə Sadıq xan Mirzə Cavad xan oğlu Təbriz şəhərində anadan olmuşdu. Atasınndan sonra Müstəşarəddövlə ləqəbini daşıyırdı. Şeyx Möhsün xan Müşirəddövlənin bacısıoğludur. Mənbədə yazılır:"Sadiqi-həzrət titulunu daşıyan Mirzə Sadiq xan (7–1372/1952) Mirzə Cavad xan Müstaşarüddóvlə Azarbaycaninin oğludur. O, təhsilini İstanbulun Sultani mədrəsəsində almiş, sonra Tehranda davam etdirmişdir. O, bir müddət Xarici İşlər nazirliyində işləmiş, h. 1324-cü (1906) ilda Təbriz əhalisinin vəkili olaraq onlan Milli şura Məclisinin birinci çağirışinda təmsil etmişdir. Mirzə Sadiq xan Azarbaycani maşrutəxahlarin rəhbərlərindən biri olmuşdur. h. 1326-ci ildə (1908) Məclis topa tutulan zaman həbs olunmuş va şah bagında saxlanmişdir. Tehranın fəthindən sonra Tabriz əhalisinin vakili olaraq Maclisin ikinci çagırşına seçilmişdir. 1329-cu (1911) ildə Sipahdari-Əzəmin hökumətində Daxili işlər vəziri, bir ildən sonra Nəcəfqulu xan Səmsamüssəltənə Baxtiyarinin hökumətinda Poçt və Teleqraf vəziri təyin olunmuşdur. 1333-cü (1915) ildə Mirzə Həsən xan Müşirüddövlənin hökumətinda isa Daxili işlər vəziri olmuşdur. O, Müstaşarüddövlə titulunu da almışdır".[1]
Mirzə Sadıq xan I Məclisin üzvü idi. Təbrizdən vəkil seçilmişdi. Bacarığına, siyasi fəaliyyətinə görə fərqlənirdi. İran Milli Məclisinin rəisi seçilmişdi. Məhəmmədəli şah Qacar onu həbs etdirmiş bir neçə ay Baği-şahda zindan çəkmişdi.
II çağırış Məclisdə siyasi partiyalar rəsmiyyət qazanmışdılar və iki partiya ortaya çıxmışdı. Bunlardan biri inqilabçı və demokrat təmayüllü "Demokrat-amiyun" (Demokrat Partiyası), digərei isə "İctimaliyun-Etiqaliyun" (Sosial-Liberal) partiyası idi. Məclisdə Demokrat Partiyasını 28, Sosial-Liberalları isə 36 deputat təmsil edirdi. Liberallar ictimai və siyasi dəyişiklər üçün təkamül yolunu təklif edir, silahlı mübarizəni rədd edirdilər. Bu partiya əsasən din xadimlərindən və sahibkarlardan təşkil olunmuşdu. Tehranın din xadimlərindən fars kökənli Seyyid Abdullah Behbeqani partiyanın lideri idi. Demokrat Partiyasına isə təbrizlilər; Seyid Həsən Tağızadə və Süleyman mirzə İskəndəri rəhbərlik edirdilər.
II çağırış Məclisdən çox şeylər gözlənilirdi. Anacaq Məclis iki partiya arasındakı sərt çəkişmələrin səhnəsinə çevrilmişdi.
Mirzə Sadıq xan Müstəşarəddövlə Samsaməddövlənin baş nazirliyi dönəmində Poçt və Teleqraf naziri təyin olunmuşdu.
Mirzə Sadıq xan Müstəşarəddövlə Mirzə Həsən xan Müşirəddövlənin baş nazirliyi dönəmində Daxili İşlər naziri idi.