Mirzə Xürrəm

Mirzə Xürrəm (?-1825) — XVIII əsr Azərbaycan şairi.

Mirzə Xürrəm
Vəfat tarixi 1825
Fəaliyyəti şair
Vikimənbənin loqosu Mirzə Xürrəm Vikimənbədə

Mirzə Xürrəm Qaradağ vilayətinin Kürdəşt kəndində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Bir çox ünlü alimlərdən tibb elmini öyrənmişdi. Məhəmmədkazım xan Qaradağlının özəl həkimi və qohumu idi.

Kazım xanın düşmənlərindənn biri yataqda ağır xəstə yatırdı. Ustünə gələn təbiblər dərdinin dərmanını tapa bilmirdilər. Əli yerdən, göydən üzüləndən sonra Kazım xana ismarış göndərib xahiş edir ki bəs Mirzə Xürrəmə icazə ver, məni sağaltsın. Ayağa durub xəcalətindən çıxaram. Kazım xan xəstəyə ağu verib öldürmək şərtiylə Mirzə Xürrəmə getmək izni verir.

Mirzə Xürrəm xəstənin üstünə gəlir. Baxır ki ta ipi üzülmək üzrədir. Tez güclü dərman hazırlayıb xəstəni özünə gətirir. Yaxşı müalicə edib tam sağaldır. Kazım xan da sarayında əyləşib, qulağı səsdə gözləyirmiş ki, ay indi ölər, ay bu saat ölər. Görür yox xəstədən günü gündən şad xəbərlər gəlir. Əmin olur ki, Mirzə Xürrəm işi peşdən çıxarıb. Xəstəni öldürmək əvəzinə dirildib. Tez çapar göndərib Mirzə Xürrəmi Kürdəştə gətirdir. Olmaz-bilməz əzablar verdirib Əhər şəhərinə sürgün etdirir…

Mirzə Xürrəm yaxşı təbib, təbli şair idi. Mirzə Xürrəm uzun ömür sürmüşdü, 1825-ci ildə Əhər şəhərində vəfat etmişdi.

Mirzə Xürrəmin Mirzə Əli adlı oğlu vardı.

  • Ənvər Çingizoğlu. Qaradağlılar. Bakı, "Şuşa" nəşriyatı, 2008. – 160 səh.
  • Ənvər Çingizoğlu, Qaradağ xanlığı, Bakı, "Mütərcim", 2011. – 212 səh.
  • Ənvər Çingizoğlu, Qarşı yatan Qaradağ. Bakı, "Ozan", 1998.– 192 səh.