Mirzə Yusif xan Məmmədbəyov

Məmmədbəyov Mirzə Yusif xan Məhəmməd xan oğlu (1866, Təbriz1934, Təbriz) — Qarabağ xanları nəslindən gələn azərbaycanlı dövlət xadimi, mühəndis, Azərbaycan Xalq Cümhuriyyəti Yollar, Poçt və Teleqraf nazirinin müavini.

Mirzə Yusif xan Məmmədbəyov
Mirzə Yusif xan Məhəmmədəli xan oğlu Məmmədbəyov
Şəxsi məlumatlar
Doğum tarixi 1866
Doğum yeri
Vəfat tarixi 1934
Vəfat yeri
Vətəndaşlığı Qacar dövləti
Rusiya imperiyası
AXC
Pəhləvi İranı
Təhsili Peterburq Yollar İnistitutu
İxtisası Mühəndislik
Fəaliyyəti Azərbaycan Xalq Cümhuriyyəti Yollar, Poçt və Teleqraf nazirinin müavini
Dini Şiə müsəlman

Mirzə Yusif xan 1866-cə ildə Təbriz şəhərində anadan olmuşdur. Dövrünə görə yaxşı təhsil aldığı üçün Mirzə ləqəbi almışdır. 1899-cu ildə Tiflis gimnaziyasını bitirmiş, ilk öncə Peterburq Universitetinin riyaziyyat fakültəsinə daxil olsa da, Peterburq Yollar İnistitutundan məzun olmuşdur. Təhsili bitirdikdən sonra Cənubi Qafqaz Yollar İdarəsində çalışmış, Ağstafa və Bakı sahələrinin rəisi. olmuşdur. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra onun dövlət orqanlarında çalışmış, 1919-cu ilin mart ayından ADR-in Yollar, Poçt və Teleqraf nazirinin müavini olmuşdur. 1920-ci ildə Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra İrana mühacirət etmişdir. 1934-cü ildə elə orada vəfat etmişdir.[1]

Məhəmmədəli xan Cavanşir

Yusif xan Qarabağ xanı İbrahimxəlil xanın soyundan idi. Onun ulu babası Əbülfət xan Tuti İbrahimxəlil xanın oğlu idi. Yusif xanın babası Məhəmmədəli xan Cavanşir Qacar ordusunda general-leytenant kimi xidmət etmiş, daha sonra Cənubi Qafqaza köçərək burada yaşamışdır. Atası Məhəmməd xan Cavanşir diplomat olmuş və Qacar dövlətinin Tiflis səfirliyində çalışmışdır. 7 oktyabr 1897-ci ildə Tiflis konsulluğunda baş münşi işləyərkən yaşına görə təqaüdə çıxmışdı. Mirzə Məhəmməd xanın törəmələri Məmmədbəyov soyadını daşıyırdılar. Mirzə Məhəmməd xanın Yusif xan, Davud xan adlı oğulları vardı. Yusif xan Mina xanım Ibrahim bəy qızı Davatdarova ilə ailə qurmuşdu. Rəşid bəy, Murad bəy adlı oğulları vardı.[2][1]

  1. 1 2 Çingizoğlu, 2007. səh. 3
  2. Ənvər Çingizoğlu. "Mirzə Məhəmməd xan Cavanşir: sərkərdə və diplomat kimi". reyting.az. 2020. 10 November 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 November 2023.
  • Çingizoğlu, Ənvər. Əbülfət xan Qarabağlınım törəməsi. Baku: Adiloğlu. 2007.