Mis-nikel xəlitəsi

Mis-nikel xəlitəsimis əsaslı xəlitə, onun əsas aşqar vurma elementi nikeldir. Mis və nikelin qarışdırılması nəticəsində yaranan xəlitə korroziyaya qarşı davamlılığı güclənir, elektrik müqavimətimöhkəmlik isə artır. Mis-nikel xəlitəsi əsasən elektrotexnika və konstruksiya tipli olur.

Konstruksiya tipli mis-nikel xəlitəsi

[redaktə | mənbəni redaktə et]

Konstruksiya xəlitəsi korroziyaya qarşı yüksək dərəcədə davamlıdır. Konstruksiya tipli mis-nikel xəlitəsinə neyzilbermelxior aiddirlər.

Melxior nikellə misdən alınan, bəzən dəmirmanqan da əlavə olunaraq hazırlanan gümüşəoxşar ərintidir. Adətən melxiorun tərkibinə 5–30 % nikel, ≤0,8 % dəmir və ≤1 % daxil olur, qalanın hamısı misdən ibarətdir.

Neyzilber 5–35 % nikeldən və 13–45 % manqandan ibarət mis xəlitəsi.

Elektrotexnika tipli mis-nikel xəlitəsi

[redaktə | mənbəni redaktə et]

Bu tip xəlitəyə yüksək elektrik müqavimət və elektriki cərəyanla hərəkət etdirən qüvvə xasdır, kopelkonstantan bu növə aiddir.

Konstantan nikel (39–41 %) və manqan (1–2 %) əlavə olunmuş termostabil mis əsaslı (təxminən 59 %) xəlitədir. Xəlitə yüksək xüsusi elektrik müqavimətinə (təxminən 0,5 mikroom-metr), elektrik müqavimətinin termik əmsalının minimum dəyərinə və mis, dəmirxromel ilə termoelektro hərəkət etdirən qüvvəyə sahibdir.

Kopel aşağıdakı elementlərdən ibarət olan xəlitədir: Ni (43–44 %); Fe (2–3 %); qalanı Cu-dur.

Tətbiq sahələri

[redaktə | mənbəni redaktə et]

Mis-nikel xəlitəsi reostat, rezistor, termocüt və s. kimi elektrik cihazları üçün istifadə olunur; qab-qacaq, sikkə zərb olunmasında, tibb sənayesində, gəmiqayırma və sənət məmulatlarında istifadə olunur.[1]

  1. Медно-никелевые сплавы. Arxivləşdirilib 2012-08-14 at the Wayback Machine Статья с сайта bibliotekar.ru