Misako Aoki (青木 美沙子?, 1983, Çiba prefekturası) – Yaponiya modeli və Yaponiya Lolita Assosiasiyasının prezidenti. Lolita dəbinin təmsilçilərindən biridir. Twin Planet şirkəti ilə əməkdaşlıq edir.[1]
Misako Aoki | |
---|---|
yap. 青木美沙子 | |
Doğum tarixi | 1983 |
Doğum yeri | |
Fəaliyyəti | fotomodel[d], tarento[d], tibb bacısı, model[d] |
Misako 15 yaşında Tokionun Haracuku bölgəsində model kimi işləyərkən kəşf edilmişdir.[2] "KERA" jurnalı üçün işləyərkən lolita dəbi ilə məşğul olmaq imkanına malik olmuşdur.[2] Əvvəlcə lolita dəbinin böyük fanatı olmasa da, vaxt getdikcə lolita dəbinə olan marağı böyümüşdür.[2] Tibb bacısı olmaq üçün Tokay Universitetinin Tibb Bacılığı və Texnologiya Kollecinə daxil olmuşdur.[3][4] Vaxtını tibb bacısı kimi işləməklə və lolita dəbini tanıtmaqla keçirir.[4] Onun fəaliyyətləri 2017-ci ildə Kansai TV-də yayımlanan "Yeddi qayda" verilişində işıqlandırılmışdır.[5]
2009-cu ildə Yaponiyanın Xarici İşlər Nazirliyi Aokiyə "kavaii səfir" titulu vermişdir.[6] Əvvəlcə o, bu tituldan istifadə etmək barədə utansa da, daha sonra bu titulundan lolita dəbini tanıtmaq üçün istifadə etməyə başlamışdır. Misako "kavaii" sözünü lolita dəbini təsvir etməkdə istifadə edir.[7] Lolita dəbini təbliğ etmək üçün 2013-cü ildə prezidenti olduğu Yaponiya Lolita Assosiasiyası tərəfindən Fukuoka şəhərində Omula Gözəllik Moda Kolleci qurulmuşdur.[8] Aoki 2014-cü ildə lolita dəbi barədə yaşadığı təcrübələrdən bəhs edən kitab nəşr etdirmişdir.[9]