Misir Coğrafiya Cəmiyyəti (ərəb. الجمعية الجغرافية المصرية; fr. Société de géographie d'Egypte) — Misir Ərəb Respublikasının coğrafi sahədə fəaliyyət göstərən ən böyük ictimai təşkilatı. Mərkəzi qərargahı Qahirə şəhərində yerləşir.
Misir Coğrafiya Cəmiyyəti | |
---|---|
ərəb. الجمعية الجغرافية المصرية; fr. Société de géographie d'Egypte | |
Növü | ictimai təşkilat |
Yaranma tarixi | 19 may 1875 |
Rəsmi dili | ərəb |
Mərkəzi | Misir |
Qurucusu | |
egyptiangs.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Cəmiyyətin əsası 19 may 1875-ci ildə coğrafiya elminin inkişafını təşviq etmək üçün İsmail Paşanın fərmanı ilə Coğrafiyanın Cazibə Cəmiyyəti adı ilə yaradılmışdır.
Cəmiyyətin ilk prezidenti alman botanist, səyyah və etnoloq Georq Avqust Şveynfurt idi.
Ölkədəki siyasi vəziyyətlərdən asılı olaraq, adı bir neçə dəfə dəyişdirilmişdir. 1952-ci ildəki Misir İnqilabından sonra indiki adı ilə adlandırılmışdır[1].
Cəmiyyət ölkədə coğrafiya sahəsində elmi, dinaktik və populyar fəaliyyət həyata keçirir. Mütəmadi olaraq, yığıncaqların və elmi konfransların, elmi ekspedisiyaların, mühazirələrin və populyar ekskursiyaların keçirilməsini təşkil edir.