Misirdə prezident seçkiləri (2014)

Əbdül Fəttah əs-Sisi — seçkilərin qalibi

Misir prezident seçkiləriAfrikada ən böyük dövlətlərdən olan Misirdə 2014-cü ilin 26 və 27 may tarixlərində keçiriləcək növbədənkənar prezident seçkiləri. Seçkilər Məhəmməd Morsinin hakimiyyətdən göndərilməsindən sonra mütləq şəkildə keçirilmişdir. Seçkilər zamanı iğtişaşların yaşanmaması üçün Misir polisləri bir aylıq səfərbər ediliblər.

Prezident seçkilərində yalnız iki siyayəstçi iştirak etmişdi. Bunlar Misirin sabiq müdafiə naziri Əbdülfəttah əs-Sisi və tanınmış nasirçi sosialist Hamdeyn Səbbahi idi. Hamdeyn Səbbahiyə nisbətən Əbdülfəttahın tərəfdarlarının qat-qat çox olması seçkilərin nəticələrinin qabaqcadan təxmininə imkan yaradırdı.

Hadisələrin gedişatı

[redaktə | mənbəni redaktə et]

Prezident seçkiləri yalnız zəruri halda 16, 17 iyun tarixlərinə ərtələnə bilər. Bu seçkilərin keçirilməsi haqqında qərar 2013-cü ildə baş verən Misir inqilabından sonra 2014-cü ilin yanvarında keçirilən Misir konstitusiyası referendumunda qəbul edilmişdi. Bu qərarı ölkənin müvəqqəti prezidenti vəzifəsində olan Adil Mənsur açıqlamışdı. Ordunun 2013-cü ilin iyulunda onu taxdan salması bu qərarın qəbuluna gətirib çıxartdı. Bundan sonra ölkədə müvəqqəti hökumətin əsas əleyhdarları olan "Müsəlman Qardaşlar" və "Altı Aprel" cinahları seçkiləri boykot ediblər.

Ölkədə 2014-cü ilin yanvar ayında konstitusiya qaralaması 98,1 səslə qəbul edilmişdi. Bunun da namizədlərdən olan eks Ali Baş Komandan Əbdülfəttah əs-Sisin əlini birə-beş gücləndirdiyi iddia edilmişdi.[1]

Xaricdə yaşayan misirlilər üçün prezident seçkiləri

[redaktə | mənbəni redaktə et]

Səsvermə ölkənin xaricində yaşayan misirlilər üçün mayın 15-dən 19-dək keçirilib. Misirin keçmiş müdafiə naziri Əbdülfəttah əs-Sisi xarici ölkələrdə Misir prezidenti seçkilərinin yekunlarına görə seçicilərin səslərinin 94,5% — ni toplayıb. Bu isə 17 min 207 misirlinin səsi demək idi. Hamdeyn Səbbahi isə səslərin cəmi 5,5%-ni toplaya bilib. Bu barədə mayın 22-də Qahirədə Misir Ali Seçki Komissiyasının başçısı Əbdül Əziz Salman məlumat vermişdir.[2]

İki "sükut günü"

[redaktə | mənbəni redaktə et]

2014-cü ilin 24 may tarixində Misirdə iki "sükut günü" başlayıb. Qanunvericiliyə əsasən, seçkiqabağı kampaniya 21 gün davam edib. İyirmi günlük seçkiqabağı kampaniya hər iki namizədin təbliğatı ilə mayın 24-ü günü başa çatıb: Biri böyük tele-müsahibə verib, digəri isə Qahirədə parlaq mitinq keçirib. İki "sükut günündə" namizədlərin seçicilərin qərarına təsir edəcək hər hansı təbliğat fəaliyyətinə qadağa qoyulub. Əks halda, qanun pozucularına 200 min misir funtu məbləğində (30 min ABŞ dollarına yaxın) cərimə kəsiləcək.[3]

Təhlükəsizlik

[redaktə | mənbəni redaktə et]

23 may 2014-cü il tarixində Misirin müvəqqəti hökuməti tərəfindən verilən məlumata görə prezident seçkilərinin təhlükəsizliyinin təmin edilməsi üçün ümumilikdə 181 min 912 ordu zabiti və əsgərini səfərbər edib. Ordu qüvvələri həmin tarixdən başlayaraq, seçkilər gününədək müxtəlif bölgələrə və qərargahlarda göndərilib. Onlar ölkənin Daxili İşlər Nazirliyi və Seçki Komitəsi, eləcə də digər müvafiq dövlət dairələri ilə daim təmasda olublar.[4]

  1. "Mısır'da cumhurbaşkanlığı seçimleri erkene alındı" (türk). tr.euronews.com. 26-01-2014. 2014-04-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-24.
  2. Asya Hacızadə (AzərTAc-ın xüsusi müxbiri). "Əbdülfəttah əs-Sisi xarici ölkələrdə Misir prezidenti seçkilərinin yekunlarına görə səslərin 94,5 faizini toplamışdır" (az.). azertag.gov.az. 22-05-2014. İstifadə tarixi: 2014-05-24.[ölü keçid]
  3. Agency. "Misirdə prezident seçkiləri öncəsi iki günlük "sükut" başlayıb" (az.). trend.az. 24-05-2014. 2014-05-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-24.
  4. B.Samid. "Misir hökuməti prezident seçkilərinin təhlükəsizliyi üçün 181 min ordu qüvvəsini səfərbər edib" (az.). salamnews.org. 23-05-2014. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-24.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]