Məhəmməd Məhəmməd Mürsi İsa əl-Əyyat (ərəb. محمد مرسى; 8 avqust 1951[1] – 17 iyun 2019[2][3][…]) — Misir dövlət xadimi, Misirin ümumilikdə beşinci, demorkatik seçki ilə seçilən ilk prezidenti. Müsəlman Qardaşlar təşkilatı əsasında yaradılmış Azadlıq və Ədalət Partiyasının sədridir[4]. 2012-ci ildə Mursi Misirdəki prezident seçkilərinin ikinci turunda qalib gəldi.[5]
Məhəmməd Mürsi | |
---|---|
محمد مرسى | |
30 iyun 2012 – 3 iyul 2013 | |
Əvvəlki | Məhəmməd Hüseyn Tantavi (müvəqqəti) |
Sonrakı | Ədli Mənsur (müvəqqəti) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 8 avqust 1951[1] |
Vəfat tarixi | 17 iyun 2019[2][3][…] (67 yaşında) |
Vəfat səbəbi | ürək tutması |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, mühəndis, universitet müəllimi[d] |
Dini | islam |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Məhəmməd Mursi 1951-ci ildə anadan olub. Qahirə Universitetini bitirib. ABŞ-nin Cənubi Kaliforniya Universitetində doktorluq dissertasiyası müdafiə edib. Misir və ABŞ universitetlərində dərs deyib[6].
1992-ci ildə “Müsəlman Qardaşlar” hərəkatına qoşulan Məhəmməd Mursi 2000-ci ildə parlamentin deputatı seçilib. 2006-cı ildə Hüsnü Mübarək rejiminə qarşı aksiyalara görə 7 ay həbsdə yatıb. 2011-ci ilin aprelində “Müsəlman Qardaşlar” hərəkatına daxil olan Azadlıq və Ədalət Partiyasına rəhbər seçilib. 2012-ci ildə Misir prezidenti seçilib. Lakin 2013-cü ilin iyun və iyul aylarında baş vermiş kütləvi nümayişlərdən sonra Misir Silahlı Qüvvələri tərəfindən devrilərək həbs olunub.[7]
17 iyun 2019-cu ildə ölkənin paytaxtı Qahirədə vəfat edib. O, əsas dövlət müttəhimi kimi təqsirləndirildiyi casusluq işi üzrə məhkəmə iclasında keçinib.[8]