Misirin yeni paytaxtı

Misirin yeni paytaxtı13 mart 2015-ci ildə Misir İqtisadi İnkişaf Konferansında İnşaat naziri Mostafa Madbuli tərəfindən elan edilən irimiqyaslı layihədir.

Misirin yeni paytaxtı
العاصمة الإدارية الجديدة
30°02′01″ şm. e. 31°45′18″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 2015
İlk məlumat 2015
Sahəsi
  • 687,97 km²
Əhalisi
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +20 2
Digər
thecapitalcairo.com
Xəritəni göstər/gizlə
Misirin yeni paytaxtı xəritədə
Misirin yeni paytaxtı
Misirin yeni paytaxtı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yeni şəhər Qahirənin şərqində və İkinci Böyük Qahirə şəhərətrafı yolunun çölündədir. Hələ ki, şəhərə ad verilməyib. Planlara görə şəhər Misirin inzibati və iqtisadi paytaxtı olacaq. Sahəsi 700 km2-dir. Şəhərdə 5 milyona qədər insanın yaşayacağı və əsas hökumət departamentlərinin və nazirliklərinin, həmçinin xarici səfirlikləri burda yerləşməsi planlaşdırılır.[1][2]

Təklifə hal-hazırda Misir Hava qüvvələri tərəfindən istifadə edilən Vadi Al Candali aeroportunun ərazisində tikiləcək böyük əyləncə parkı və yeni beynəlxalq aeroport daxildir.[3][4][5] 45 milyard ABŞ dolları xərci ilə parlamentin, prezident saraylarının, nazirliklərin və xarici səfirliklərin köçürülməsinin 2020-2022-ci illərdə tamamlanması planlaşdırılır. Proyekt üçün ümumi xərc və vaxt açıqlanmayıb.[3]

Rəsmi açıqlamadan əvvəl danışan Misirin İnvestisiya naziri Əşrəf Salman yeni paytaxtın Misir xəzinəsindən istifadə etmədən "özəl sektör şirkəti tərəfindən inkişaf etdirilməsi, təfsilatı ilə planlanlaşdırılması və icra edilməsinin" mümkünlüyü barədə danışıb.[6] Daha sonra ortaya çıxdı ki, BƏƏ biznesmeni Mohamed Alabbar tərəfindən idarə edilən Capital City Partners firması da bu planlara cəlb edilib.[1]

  1. 1 2 "Egypt to build new administrative and business capital". BBC News. 13 March 2015. 18 October 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 March 2015.
  2. "Egypt plans new capital adjacent to Cairo". Al Jazeera. 14 March 2015. 1 August 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 March 2015.
  3. 1 2 "Egyptian government reveals plans to build new capital city east of Cairo". ABC News. 14 March 2015. 2018-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-15.
  4. "Wadi al Jandali Airport". 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-15.
  5. Jennings, Gareth. "US reaffirms Apache delivery to Egypt". Jane's Defence Weekly. 21 September 2014. 13 September 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 March 2015.
  6. "Egypt announces plans for new capital city amid signals of renewed Gulf ties". Jerusalem Post. 1 March 2015. 4 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 March 2015.