Misoqi (禊?) – şintoizmdə bədəni yumaqla həyata keçirilən paklanma ayini.[1] "Misoqi" sözü "bədənə su tökmək" mənasına gələn "misosoqi" sözündən yaranmışdır.[1]
Şintoizmdə paklanma və təmizlənməyə böyük əhəmiyyət verildiyi üçün istənilən tədbirin əvvəlində bədəni təmizləmək mütləqdir.[1] 712-ci ildə yazılmış "Kociki" salnaməsinə görə misoqi ayininin mənşəyi İzanaqi ilə bağlıdır.[1] Mifologiyaya görə həyat yoldaşı İzanaminin ölümündən sonra İzanaqi onu axtarmaq üçün Yomotsukuniyə enmişdir.[1] Burada ölüm və çürümə kimi natəmizliklərlə əhatə olunmuşdur.[1] Mağara vasitəsilə bu dünyaya qayıtdıqdan sonra o, Kyuşunun şimalında yerləşən Taçibanaya səyahət edərək çaya girmiş və bütün natəmizliklərini yumuşdur.[1] Bu yuyunma ayini zamanı üç şinto ilahı doğulmuşdur: Susanoo, Ameterasu və Tsukuyomi.[1]
Misoqinin bir çox forması mövcuddur.[1] Ən geniş yayılmış forması məbəddə dua etməmişdən qabaq əlləri və ağzı yaxalamaqdır.[1] Şintoist məbədlərində torii ilə hayden arasındakı hissədə çozuya adlı taxta struktur yerləşir.[1] Məbədin ziyarətçiləri özlərini təmizləmək üçün əvvəlcə buraya gəlirlər.[1] Festivallardan qabaq keşişlərin hamam qəbul etməsi praktikası isə kessay adlanır.[1] Bu praktika çayda yerinə yetirilsə də, hazırda keşişin purifikasiyası ictimai hamamda aparılır.[1]
Misoqinin yayılmış formalarından biri mizuqoridir.[1] Mizuqori zamanı şəxs şəlalənin altında çılpaq dayanır və ya onun üzərinə soyuq su ilə dolu vedrə boşaldılır.[1] Bu praktika şəxsin təmizürəkliliyini nümayiş etdirmək üçün yerinə yetirilir.[1] Mikoşini çaya və dənizə aparıb batırmaq adəti isə hamaori adlanır.[1]