Miss Azərbaycan

Miss Azərbaycan Milli Gözəllik yarışması — (Miss Azerbaijan) Azərbaycanda ölkənin ən gözəl xanımını seçim məqsədi ilə keçirilən milli gözəllik müsabiqəsi. Qaliblər Azərbaycanı beynəlxalq gözəllik müsabiqələrində təmsil edirlər. Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfə 1996-cı ildə keçirilib.[1] “Miss Azerbaijan” Milli gözəllik müsabiqələri Azərbaycanda 1996-cı ildən etibarən keçirilir. “Miss Azerbaijan” müsabiqəsində iştirak etmək hər bir gözəl qız qarşısında yeni imkanlar açır. Müsabiqənin  qalibləri və finalçıları beynəlxalq podiumlarda çıxış edir, televiziya verilişləri aparıcısı, özəl şirkətlərin reklam siması olur, model və yaxud foto agentlikləri, internet saytları, jurnallar və s. yaradır. Ölkəmizdə həyata keçirilən Gender siyasəti qızlarımızın bu imkanlardan sərfəli istifadə edə bilməsinə geniş imkan yaradır və “Miss Azerbaijan” Milli gözəllik müsabiqəsinin keçirilməsi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

2015-ci ildə keçirilən müsabiqədə oğlanlar da iştirak etdiyindən müsabiqənin adı yeniləndi. Hazırda müsabiqənin rəsmi adı “MISS & MISTER AZERBAIJAN”-dır.

Müsabiqənin təsisçi və təşkilatçısı -Orduxanova Anelya Abdullayevnadır. İxtisasca jurnalist, publisist və yazıçıdır.

Tarixi[redaktə | mənbəni redaktə et]

İnqilabdan əvvəlki dövr[redaktə | mənbəni redaktə et]

Tuğra xanım[redaktə | mənbəni redaktə et]

Azərbaycanlı xanımların beynəlxalq gözəllik müsabiqələrində ilk iştirak tarixi inqilabdan əvvəlki dövrdə başlayır. Belə ki, 1912-ci ildə Tiflisdə keçirilən "Miss Qafqaz" gözəllik müsabiqəsində şöhrət çələngini və Rusiyanın cənub gözəli titulunu Azərbaycanlı bəy Mir Əsgərxan Talışinskinin qızı Tuğra xanım Talışinskaya qazanmışdır, sonradan ona artıq ümumrusiya gözəllik yarışmasında "Miss Rusiya 1912" adı verilmişdir.[2][3][4]

Sona xanım Mehmandarova[redaktə | mənbəni redaktə et]

1912-ci ildə Parisdə "Dünya gözəli" adını qazanan Sona Mehmandarova

Daha böyük uğurları Sona xanım Mehmandarova qazanmışdır, o, Lənkəran şəhər rəisi Nağı bəyin qızı və Azərbaycan Demokratik Respublikasının hərbi naziri Səməd bəy Mehmandarovun qardaşı qızı idi.[5]

Lənkəranlı gözəlin ilk uğrunu ictimai məclisin yeni binasında (indiki Azərbaycan Dövlət Filarmoniyası) keçirilən və Bakının bütün kübar aləminin toplaşdığı Bakı gözəllik yarışmasında qalib gələrək əldə etdi. Bu uğur gənc əyalət qızının parlaq, lakin çətin taleyində dönüş nöqtəsi oldu. Ardından Tiflisdə "Miss Qafqaz" müsabiqəsində qalibiyyət gəldi, daha sonra ümumrusiya yarışlarında möhtəşəm müvəffəqiyyət və "Miss Rusiya" titulunu qazandı.[5]

Nəhayət Sona Mehmandarovanın baş zəfərl "Dünya Gözəli" adlı Paris gözəllik yarışmasının zümrüd tacı və Qran-prisi oldu [5] Heyrətə salan uğurdan sonra "Dünya gözəli" Rusiya paytaxtının mərkəzində dəbdəbəli malikanə alır, Peterburqa köçür və kübar həyatın fəal iştirakçısına çevrilir. O, Bakıya yalnız yarım əsr sonra, 1966-cı ildə qayıtdı[2][4], hansı qəbirstanlığda basdırıldığı haqda dəqiq məlumat yoxdur.[6]

Müasir dövr[redaktə | mənbəni redaktə et]

1996-ci il avqustun 15-də Bakıda Opera və Balet Teatrında ölkə müstəqillik əldə etdikdən sonra ilk dəfə milli gözəllik müsabiqəsi keçirilmişdir, hansı ki ilkin olaraq "Miss Bakı" adlandırılırdı. Müsabiqənin Nərminə Zərbəliyeva aşkar favoriti sayılırdı ki, nəticədə elə o, qalib gəldi. "Vitse-Miss Bakı" ikinci gözəllik titulunu Natella Kərimova əldə etdi.[7]

1997-ci ildən başlayaraq müsabiqə "Miss Azərbaycan" adlandırıldı, tacı isə Rzayeva Gülsara qazandı. Ötən ilki qalib isə "Vitse-miss Azərbaycan " titulunun sahibi oldu.

Qaliblər[redaktə | mənbəni redaktə et]

İl Ad Doğma şəhəri Qeyd
1996 Nərminə Zərbəliyeva[8] Bakı İstanbulda keçirilən "World's Best Model 1995" müsabiqəsində iştirak etmişdi
1997 Gülsara Rzayeva[8] Bakı
1998 Fatimə Abasquliyeva[8] Bakı
1999 keçirilməmişdir Bakı
2000 Aygün Rüstəmli[8] Bakı
2001 Validə Abasova[8] Bakı
2002 Lalə Mustafayeva[8] Bakı
2003 Səbinə Haşımova[9] Bakı
2004 Olesya Sergeyeva[10] Bakı Çinin Huhhot şəhərində keçirilən "Miss Intercontinental 2004" müsabiqəsində iştirak etmişdi
2005 Şövkət Qasımova[11] Bakı
2006 Günay Musayeva[12] Bakı
2010 Gülnarə Əlimuradova[13][14] Bakı Sponsor olmadığından o, "Miss Kainat 2010" müsabiqəsində iştirak etmədi
2012 Aysel Manafova[8] Bakı Moskvada keçirilən "Miss Kainat 2013" iştirak edərək, "Miss Kainat" yarışlarına qatılan ilk "Miss Azərbaycan" idi.

Onu müsabiqənin əsas təşkilatçılarından biri Araz Ağalarov dəstəkləyirdi

2013 Fidan Məmmədova[8] Bakı
2014 Cavidan Qurbanova[8] Bakı  İspaniyada keçirilən "Queen of the Universe 2015"-də üçüncü yeri tutmuşdu və "Miss Photogenic Award" mükafatını qazanmışdır
2015 Nataliya Sokolevskaya[8] Qomel
2016 Oksana Barxatova[8][15] Rostov
2017 Raziyət Əliyeva[16]
2018 Nərminə Hacıyeva[17] Bakı
2019 Səmra Hüseynova[18] Sumqayıt
2020 Banu Şucai[18] Bakı
2021 Milan Babayeva[19] Bakı
2022 Nurlana Vəliyeva[20] Bakı
2023 Kameliya Yussef[21] Moskva

Beynəlxalq gözəllik müsabiqələrində iştiraklar[redaktə | mənbəni redaktə et]

Azərbaycanda[redaktə | mənbəni redaktə et]

2002-ci ildə Bakıda ilk dəfə "Miss Xəzər - 2002" adlı Xəzəryanı ölkələrin beynəlxalq gözəllik müsabiqəsi keçirildi, qalib Azərbaycan təmsilçisi Lalə Mustafayeva oldu.[22][23]

2012-ci ilin sentyabrında Bakıda "Miss Civilization of The World 2012" beynəlxalq gözəllik müsabiqəsi keçirildi, yarışda dünyanın 24 ölkəsindən modellər 25 000 avro dəyərində brilyant tacı uğrunda mübarizə aparırdılar.[24][25] Qalib Monteneqro təmsilçisi Jovana Lekic oldu.[25]

Xaricdə[redaktə | mənbəni redaktə et]

2003-cü ildə Azərbaycanlı gənc gözəl Natəvan Hacıyeva ABŞ-də hər il keçirilən "Balacaların dünyası" adlı uşaqlar arası gözəllik müsabiqəsinin qalibi olmuşdur. Natəvan bütün nominasiyalarda hər kəsi üstəliyərək, iki kubok və yeddi medal qazandı.[26]

2009-cu ilin martında Azərbaycanın iki təmsilçisi Aygül Məmmədova və Bahar Şıxəliyeva Türkiyənin Antalya şəhərində keçirilən əlil qadınların Beynəlxalq gözəllik müsabiqəsində ilk dəfə iştirak etdilər.[27]

Kainat gözəli[redaktə | mənbəni redaktə et]

Azərbaycan "Miss Kainat" yarışmalarında ilk dəfə 2013-cü ildə təmsil olundu. Azərbaycanın göndərdiyi iştirakçı "Miss Azərbaycan 2012" adını qazanan Aysel Manafova oldu.[28]

Regional müsabiqələr[redaktə | mənbəni redaktə et]

"Bahar gözəli" müsabiqəsi[redaktə | mənbəni redaktə et]

"Bahar gözəli" müsabiqəsi Azərbaycanın bir çox rayonlarında və Bakı şəhərində Novruz bayramı ərəfəsində keçirilir. Müsabiqədə qalib gəlmək üçün qızlar gözəl şeir oxumağı, rəqs etməyi, bəlağətli danışağı, səliqə-sahman yaratmağı, güldan bəzəməyi bilməlidir. Qalib gələn gənc qız bayram tədbirlərində baharı simvolizə edən "Bahar gözəli" rolunu ifa edir.[29]

"Balaca miss və mister Azərbaycan - 2007"[redaktə | mənbəni redaktə et]

2007-ci il iyulun 13-də Bakıda "Karvan" şadlıq sarayında Azərbaycan moda assosiasiyasının təşkilatçılığı ilə keçirilən "Balaca miss və mister Azərbaycan-2007" müsabiqəsinin final mərhələsi keçdi. Qaliblər üç yaş dərəcələrində müəyyən olunmuşdur: böyük yaş kateqoriyası 13-dən 15 yaşa qədər - Sara Əliyeva, Elnur Abbasov, orta yaş kateqoriyası 9-dan 12 yaşa qədər - Şərqiyyə Dadaşova və Elşad Abbasov, kiçik yaş kateqoriyası 4-dən 8 yaşa qədər - Günel Axundova, Rauf Hacıyev və Kamilla Niyazova.[30] Hər üç yaş qrupundaki qaliblər ABŞ-də ənənəvi olaraq keçirilən "Balacaların dünyası" müsabiqəsinə qatıldılar.[26]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. http://www.missazerbaijan.org/az-about Arxivləşdirilib 2017-05-04 at the Wayback Machine Miss Azərbaycan yarışmasının rəsmi saytı - missazerbaijan.org
  2. 1 2  Агаддин Бабаев. Газета "Азербайджанский Конгресс" № 44(94), 7 ноября 2008 года (rus)
  3. "Keçmişə güzgü tutan abidə Arxivləşdirilib 2016-04-09 at the Wayback Machine" Azerbaijan-news
  4. 1 2 "LƏNKƏRAN: etnik özəlliyin əlvan naxışları 2016 - Multikulturalizm ili Arxivləşdirilib 2017-03-05 at the Wayback Machine" Xalqqazeti
  5. 1 2 3 "Dünyanı fəth edən gözəllik Arxivləşdirilib 2022-08-23 at the Wayback Machine" Regionplus
  6. Sona xanım Mehmandarova - qəbri bilinməyən dünya gözəli Arxivləşdirilib 2020-12-22 at the Wayback Machine Nazirlər Kabineti yanında Azərbaycan Tərcümə Mərkəzi
  7.  Natella Kərimova: "Gözübağlı moda arxasınca qaçmağı xoşlamıram" Arxivləşdirilib 2015-06-10 at the Wayback Machine
  8. 1 2 3 4 5 6 7 8 9 10 11 Qaliblər 1996 / 2016 Arxivləşdirilib 2017-05-04 at the Wayback Machine missazerbaijan rəsmi saytı
  9. Завершился конкурс красоты - Миссис Азербайджан 2003 Arxivləşdirilib 2023-07-29 at the Wayback Machine (rus)
  10. http://news.day.az/showbiz/16846.html Arxivləşdirilib 2016-09-24 at the Wayback Machine (rus)
  11. Азербайджанские девушки модели Arxivləşdirilib 2013-05-02 at the Wayback Machine (rus)
  12.  «Мисс Азербайджан 2006» встречается с популярным певцом Arxivləşdirilib 2017-08-10 at the Wayback Machine (rus)
  13. Гламурная фотосессия «Мисс Азербайджан 2010» Гюльнары Алимурадовой Arxivləşdirilib 2013-05-19 at the Wayback Machine (rus)
  14. "Gulnara Alimuradova Miss Azerbaijan" Arxivləşdirilib 2016-03-03 at the Wayback MachineBeauty Pageant News. (ing)
  15. "Oksana Barkhatova has been elected as Miss Azerbaijan 2016" Arxivləşdirilib 2022-08-23 at the Wayback Machine. thegreatpageantcommunity. 7 August 2016 (ing)
  16. "Azərbaycanın ən gözəlləri məlum oldu". 2019-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-16.
  17. "В Баку прошел финал национального конкурса красоты Miss & Mister Azerbaijan-2018". 2019-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-27.
  18. 1 2 "Müzakirələrə səbəb olan "Miss Azərbaycan" gözəlləri - ARAŞDIRMA + FOTO". Oxu.Az (az.). 2022-05-17. 2023-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-29.
  19. "Miss Azerbaijan 2021". teref.az. 2021-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
  20. ""Miss Azerbaijan 2022"nin idmançı qalibi: "İndi gözəllik standartları dəyişib" - MÜSAHİBƏ + FOTO". Oxu.Az (az.). 2022-05-18. 2023-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-29.
  21. ""Miss & Mister Azerbaijan 2023" Milli Gözəllik müsabiqəsinin finalı keçirilib (FOTO)". Trend.Az (az.). 2023-05-30. 2023-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-29.
  22. "Мисс Азербайджан-2012" Arxivləşdirilib 2013-09-21 at the Wayback Machine (rus)
  23. http://ulu.az/?p=108775[ölü keçid]
  24. " “Miss Civilization of The World-2012” gözəllik müsabiqəsinin final mərasimi Bakıda keçiriləcəkdir Arxivləşdirilib 2023-07-29 at the Wayback Machine " AzərTac Azərbaycan Dövlət İnformasiya Agentliyi
  25. 1 2 " “Miss Civilization of The World” bəlli oldu[ölü keçid] " Səs İnformasiya Agentliyi
  26. 1 2 "BALACA MİSS VƏ MİSTER AZƏRBAYCAN-2007” MÜSABİQƏSİNİN QALİBLƏRİ ÖLKƏMİZİ ABŞ-də TƏMSİL EDƏCƏKLƏR Arxivləşdirilib 2023-07-29 at the Wayback Machine" AzərTac
  27. "ANTALYADA ƏLİL QADINLARIN BEYNƏLXALQ GÖZƏLLİK MÜSABİQƏSİ KEÇİRİLƏCƏKDİR Arxivləşdirilib 2023-07-29 at the Wayback Machine" AzərTac
  28. "Azərbaycan ilk dəfə “Kainat gözəli- 2013”də iştirak edəcək Arxivləşdirilib 2022-08-23 at the Wayback Machine " Oxu
  29. Novruz bayramı ensiklopediyası, Bakı, 2008 , "Şərq Qərb", 208 səh.
  30. "Состоялся конкурс «Маленькие мисс и мистер Азербайджана – 2007" Day, arxivləşdirmə https://archive.today/20130616205953/http://news.day.az/society/85719.html