Miss Dünya (ing. Miss World) — dəvam edən ən qədim gözəllik müsabiqəsidir. O, Birləşmiş Krallıqda 1951-ci ildə Erik Morley tərəfindən yaradılıb.[1][2]. 2000-ci ildə vəfatından sonra Morleyin həyat yoldaşı Culiya Morley müsabiqəyə həmsədrlik edir[3][4]. Miss Kainat, Miss Beynəlxalq, Miss Böyük Beynəlxalq, Miss Sözügedən və Miss Yer ilə yanaşı, 6 Böyük Gözəllik Müsabiqəsindən biridir[5].
Miss Dünya | |
---|---|
(ing. Miss World) | |
Növü | Gözəllik yarışması |
Şüar | Məqsədli gözəllik |
Yaranma tarixi | 29 iyul 1951 ) |
Rəsmi dili | İngilis |
Mərkəzi | London, Birləşmiş Krallıq |
Qurucusu | Erik Morley |
Prezident | Culiya Morley |
missworld.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Mövcud Miss Dünya 8 dekabr 2018-ci ildə Çinin Sanya şəhərində mükafatlandırılmış meksikalı Vanessa Ponsedir[6]. O, Miss Dünyanı qazanan ilk meksikalı qadındır[7] .