Mius — Ukrayna (Luqansk и Dones vilayətləri) və Rusiya (Rostov vilayətinin Kuybişevski, Matveevo-Kurqanski Neklion rayonları) ərazisinsən axan çay. Çay Taqanroq körfəzinin Miusski limanı ərazisinə (Azov dənizi) tökülür.
Mius çayı | |
---|---|
rus. Миус | |
Ölkə | Rusiya |
Mənsəbi | Taqanroq körfəzi |
Uzunluğu | 258 km |
Meyilliyi | 3,53 m/km |
Hövzəsinin sahəsi | 6680 km² |
DSR[rus.] | 05010501012106300003870 |
Vikianbarda əlaqəli mediafayllar |
Mius çayı Luqansk vilayətinin Mius və Knyaqinevka qəsəbələri yaxınlığından Luqansk və Dones vilayətlərinin səshədindən keçir.
Mius toponiminə Rusiyanın qərb ərazilərində rasr gəlmək mümkündür. Bu sözün fars dili etimalogiyası vardır. Mius "mis" metalının adından törəməsi ehtimal edilir[1] (tac. Мис. Bu dın buraralara fars dilli sarmatlar, skiflər tərəfindən gətirilməsi ehtimal edilir. Bunu təstiqləyən çoxlu sayda dəlil bürünc dövrünə aid mənbələrələ təstiqlənir[2]. Digər versiyaya görə "mius sözü" qədim türklərdə "buynuz", "künç" mənasını verirdi. Üçüncü versiyada "miyoş" sözündən törəmişdir ki, bu sözdə qədim türklərdə "palçıq" mənasını verir. Böyük Moskva knazlığı ilə olan XV əsr sənədləşmələrində çay məhz Miyuş adlandırılır[3].
Mius çayının uzunluğu 258 km, hövzəsinin sahəsi isə 6680 km² təşkil edir. Yatağı V varı dərəyə sahibdir. Bu əsasən yuxarı axarlarda müşahidə edilir. Burada onun eni 0,2 km — 1,2 km arasında dəyişir. Aşağı axarlarda isə eni 5–7 km qədər artır. Çayın dərinliyi bir çox yerlərdə 6 metr olduğu halda, astanalarda isə 0,5 metrə çatır. Əsas qolları: Qluxaya, Olxovçik, Krınka, Miusik Krepenkaya, Naqolnaya və s.
Əsasən qar və yağış sularə ilə qidalanır. Dekabrda donur. Martda isə donu açılır. Yaz daşmaları xarakterikdir. Mius çayı üzərində kiçik su anbarları vardır. Bunlar əsasən sənsye, meliorasiya, hidroenergetika və sarirdə istifadə edilir. XVII əsrdə çayın mənsəbində Semyonovskaya qalası inşa edilmişdi.
Böyük Vətən müharibəsi (1941–1945) dönəmində çay boyunca almanlar tərəfindən Mius-cəbhəsi təşkil edilmişdi. Bu xətt almanlar tərəfindən 1943-cü ilin avqust ayında tərk edilmişdir.