Mixail Qriqoryeviç Kuçerov (rus. Михаил Григорьевич Кучеров, 1850-1911) — Rusiya üzvi kimyaçısıdır. Əsas elmi işləri Doymamış karbohidrogenlərə aiddir. 1881-ci ildə Kuçerov reaksiyasını elmə daxil edir. Bu kəşfə görə 1885-ci ildə mükafata layiq görülür. 1915-ci ildə onun adını daşıyan mükafatı kimya sahəsində işləyən alimlərə təqdim edilməyə başlanılır.
Mixail Qriqoryeviç Kuçerov | |
---|---|
rus. Ку́черов Михаил Григорьевич | |
Doğum tarixi | 22 may (3 iyun) 1850 |
Doğum yeri | Rusiya, Sankt-Peterburq |
Vəfat tarixi | 13 (26) iyun 1911 (61 yaşında) |
Vəfat yeri | Rusiya |
Dəfn yeri |
|
Vətəndaşlığı | Rusiya |
Elm sahəsi | Kimya |
Tanınır | Kuçerov reaksiyası |