Mixail Popkov

Mixail Daniloviç Popkov (14 noyabr 192423 avqust 2023) — sovet hərbi xadimi, General-polkovnik (1979). 1943-cü ildən Ümumittifaq Kommunist (bolşevik) Partiyasının üzvü; Sovet İttifaqının Kommunist Partiyasının MK-nin üzvlüyünə namizəd (1981–1990). Naxçıvan MSSR-dən SSRİ Ali sovetinin Millətlər sovetinin 11-ci çağırışdan deputatı (1984–1989).[1][2]

Mixail Popkov
Mixail Daniloviç Popkov
Şəxsi məlumatlar
Doğum tarixi 14 noyabr 1924(1924-11-14)
Vəfat tarixi 23 avqust 2023(2023-08-23) (98 yaşında)
Dəfn yeri
Vətəndaşlığı
Təhsili
  • Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyası[d]
Hərbi fəaliyyəti
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Xidmət illəri 1942—1989
Rütbəsi general-polkovnik
Döyüşlər
Təltifləri Doqquz ordenlə təltif olunub: "Lenin" ordeni, Oktyabr inqilabı, iki dəfə “Qırmızı Döyüş Bayrağı”, iki dəfə Vətən Müharibəsi, 2 dəfə "Qırmızı ulduz" ordeni, 35 medalla, o cümlədən də "Şücaətə görə" medalı" (1943)
  • 1924-cü il 11 noyabrda Kaluqa vilayətinin Yuxnovski rayonunun Astapova-Sloboda kəndində anadan olub. Milliyətcə rusdur.
  • 1943-cü ildə Xarkov hərbi-siyasi məktəbini, 1950-ci ildə V. İ. Lenin adına hərbi-siyasi akademiyanı, 1966-cı ildə isə SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının hərbi akademiyasını bitirib.
  • 1942-ci ilin martından Qırmızı Ordu sıralarında Böyük Vətən Müharibəsinin iştirakçısı olur. 185-ci ehtiyat atıcı alayda hərbi xidmətə başlamış daha sonra ön cəbhədə 766-cı atıcı alayın, Qərb cəbhəsinin 217-ci atıcı diviziyasının 49-cu ordusunun tərkibində xidmətə cəlb olunub.
  • 1942-ci ilin avqustundan Qretnya rayonunda alman qoşunlarının qarşısının alınmasında iştirak edir.
  • 1942-ci ilin noyabrından Popkov həmin vaxt Daşkənddə yerləşən Xarkov hərbi-siyasi məktəbində təhsil almağa göndərilir.
  • 1943-cü ilin aprelindən Qırmızı Orduda partiya-siyasi işlərinə cəlb olunur. Belqradda Çöl cəbhəsinin 28-ci qvardiya atıcı diviziyası tərkibində leytanant rütbəsi ilə döyüşür.
  • 2-ci Belarus cəbhəsinin 33-cü ordusu tərkibində Belarusun azad edilməsində iştirak edib.
  • 1980–1989-cu illərdə Quru qoşunlarının siyasi şöbəsinin rəisi — Hərbi Şuranın üzvü olub.
  • 1989-cu ildən təqaüdə çıxıb.
  • Silahlı Qüvvələrin ehtiyatda olan zabitləri Milli Assossasiya birliyinin redaksiya-nəşriyyat qrupuna rəhbərlik edir.
  • "Zabit qardaşlığı" fondunun İdarə Heyətinin sədridir.[1][2]

Atası — Daniil Filippoviç də Böyük Vətən Müharibəsinin iştirakçısı olub. 1941-ci ilin iyulun sonunda Yelneydə gedən döyüşdə ağır yara alır, 1943-cü ilin yazında isə Volxovski cəbhəsində Mqa stansiyasında gedən döyüşlərdə həlak olur.[1][2]

Doqquz ordenlə təltif olunub: Lenin ordeni, Oktyabr inqilabı, iki dəfə "Qırmızı Döyüş Bayrağı", iki dəfə Vətən Müharibəsi, 2 dəfə Qırmızı Ulduz ordenləri, 35 medalla, o cümlədən də "Şücaətə görə" medalı" (1943) ilə təltif olunub. Kaluqa vilayətinin Yuxnov şəhərinin fəxri vətəndaşıdır.[1][2] 23 avqust 2023-cü ildə vəfat edib. Troyekurov qəbiristanlığı'nda dəfn olunub.

  1. 1 2 3 4 Оборонное могущество Родины / М. Д. Попков, 76,[2] с. 20 см, М. Изд-во ДОСААФ СССР 1988
  2. 1 2 3 4 Верность навсегда!: Книга воспоминаний бывшего чл. Воен. совета — нач. Полит. упр. Сухопут. войск/ Михаил Данилович Попков. – М.: Граница, 2001. 319 c.