Mixal Şpak (pol. Michał Szpak; d. 26 noyabr 1990, Yaslo, Polşa) — Polşa müğənnisi və bəstəkarı. O, Polşanın X Factor musiqi yarışmasında iştirakından sonra şöhrət qazanmışdır. Mixal Şpak Polşanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Mixal Şpak | |
---|---|
pol. Michał Szpak | |
| |
Ümumi məlumatlar | |
Doğum adı |
Mixal Şpak pol. Michał Szpak |
Ləqəbləri | Mişel, Mişanel, Maykel |
Doğum tarixi | |
Doğum yeri | Yaslo, Polşa |
Vətəndaşlığı | Polşa |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, bəstəkar |
Fəaliyyət illəri | 2009–h.h. |
Janrlar | rok, pop |
Musiqi aləti | vokal |
Albom şirkətləri | Universal Music Polska, Sony Music Entertainment Poland |
Əlaqəsi | Whiplash qrupu |
michalszpak.pl | |
Vikianbarda əlaqəli mediafayllar |
Mixal Şpak 26 noyabr 1990-cı ildə Polşanın Yaslo şəhərində anadan olmuşdur. Onun iki bacısı və bir qardaşı var. İfaçının söylədiyinə görə onu musiqiyə ilhamlandıran Queen, Muse, Devid Boui və Maykl Cekson olmuşdur. Şpak məktəb vaxtlarında dostu Kamil Çapla ilə birlikdə Whiplash adlı hard rok qrupunun tərkibində çıxış etmişdir. O, hal-hazırda Varşavada yaşayır və universitetdə psixologiya üzrə təhsil alır.
2011-ci ildə Mixal Şpak Polşanın X Factor musiqi yarışmasında iştirak etmişdir. Göstərdiyi yüksək səviyyəli ifalar nəticəsində Şpak yarışmanın final mərhələsinədək yüksəlmiş və finalda ikinci yerə layiq görülmüşdür. 2011-ci ilin iyun ayında ifaçı Varşavada keçirilən Narıncı Varşava festivalında iştirak etmiş və Moby, Plan B, Jamiroquai kimi musiqiçilərlə bir səhnəni bölüşmüşdür. Həmin ilin sonlarında Şpak Polşanın Taniec z gwiazdami (Ulduzlarla rəqs) yarışmasında iştirak etmişdir. Yarışmada peşəkar polyak rəqqasə Paulina Byernat ilə birlikdə mübarizə aparan Mixal nəticədə beşinci yerdə qərarlaşmışdır. 2011-ci ildə eyni zamanda Universal Music Polska albom şirkətini dəstəyi ilə ifaçının XI adlı mini-albomu işıq üzü görmüşdür. 2013-cü ildə Mixal Şpak Rusiyada keçirilən Zelyona Qura mahnı festivalında ifa etdiyi "Очи чёрные" mahnısına görə xüsusi mükafata layiq görülmüşdür.
2015-ci ilin noyabr ayında Sony Music Entertainment Poland albom şirkətinin dəstəyi ilə Mixal Şpakın Byle być sobą adlı debüt albomu işıq üzü görmüşdür. Albomda həm polyak, həm də inglis dilində səslənən 12 mahnı yer almışdır. İfaçının anasına həsr etdiyi albom Polşada musiqi tənqidçiləri tərəfindən əsasən müsbət rəylərlə qarşılanmışdır. 2015-ci ildə Opoledə keçirilən Polyak mahnılarının milli festivalında Şpak ifa etdiyi "Jesteś bohaterem" mahnısına görə mükafat qazanmışdır.
2016-cı ildə Mixal Şpak "Color of Your Life" mahnısı ilə Polşanın TVP telekanalının Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda iştirak etmişdir. Nəticədə Şpak Polşanın Marqaret və Edita Qurnyak kimi tanınmış sənətçilərini geridə qoyaraq, seçim turunda qələbə qazanmışdır. Beləliklə, ifaçı "Color of Your Life" mahnısı ilə Polşanı İsveçin paytaxtı Stokholmda keçiriləcək 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququnu əldə etmişdir.[1] Avroviziya mahnısını təbliğ etmək məqsədi ilə Şpak London, Təl-Əviv, Amsterdam və eyni zamanda Lissabonda çıxış etmişdir.
Mixal Şpak uzun məşqlərdən sonra 12 may tarixində baş tutan yarımfinal mərhələsində ikinci çıxış etmişdir. Nəticədə 151 xalla 6-cı yerdə qərarlaşaraq, final mərhələsinə vəsiqə qazanmışdır. Müsabiqənin finalında bir daha öz mahnısını ifa edən Şpak 26 ölkə təmsilçisinin mübarizə apardığı şouda 229 xal toplayaraq, 8-ci yeri tutmuşdur. Finalda ifaçı SMS səsverməsinə görə üçüncü yeri tutsa da, münsif səsverməsində 25-ci yerdə qərarlaşmışdır.
2017-ci ildə Mixal Şpak Polşanın The Voice səs yarışmasında münsiflər heyətinin üzvü olaraq iştirak etmişdir.
Albom adı | İl |
---|---|
Byle być sobą | 2015 |
Mahnı adı | İl |
---|---|
"Po niebo" | 2011 |
"Rewolucja" | |
"Jesteś bohaterem/Real Hero" | 2015 |
"Byle być sobą" | |
"Such Is Life" | |
"Color of Your Life" | 2016 |
"Rosanna" | |
"Tic Tac Clock" | 2017 |
"Don't Poison Your Heart" |
Əvvəlki: Monika Kuşinska "In the Name of Love" |
Polşa Avroviziya Mahnı Müsabiqəsində 2016 |
Sonrakı: Kasia Mos "Flashlight" |