Miyakocima Mamoru-kun (宮古島まもる君?) və ya qısaca Mamoru-kun – Yaponiyanın Okinava prefekturasına daxil olan Miyakocima şəhərində yol təhlükəsizliyini təbliğ etmək üçün quraşdırılmış polis məmuru formasındakı fiqurlar. "Mamoru" sözü yapon dilindən tərcümədə "qorumaq" deməkdir.
Miyakocimanın yerli hakimiyyəti 1990-cı illərdə yol təhlükəsizliyini təbliğ etmək üçün yeni metoddan istifadə etməyə qərar vermiş və adanın müxtəlif yerlərindəki yollarda beş ədəd Mamoru-kun fiquru quraşdırmışdır. Mamoru-kunun rəsmi doğum tarixi 5 avqust 1991-ci il və boyu 180 santimetrdir. O, Miyakocima Təhlükəsizlik Assosiasiyasının üzvü və Miyakocima Polis Nəqliyyatı Diviziyasının məmurudur. 2012-ci ildə keçirilmiş tədbir zamanı şəhərin meri Toşiko Şimoci Mamoru-kuna xüsusi iqamətgah icazəsi vermişdir.[1]
İndiyə qədər Miyakocima şəhərində 21 Mamoru-kun fiquru quraşdırılmışdır. Miyako adasında 17, İrabu adasında 2, Şimoci və Tarama adalarının hərəsində 1 belə fiqur yerləşir. 2011-ci ildə Miyakocima polis məntəqəsində quraşdırılmış Maruko-çan yeganə qadın fiqurdur və digərlərindən fərqli olaraq qırmızı formada təsvir olunmuşdur. Hər Mamoru-kun fiqurunun öz adı var:[2]
Mamoru-kun fiqurları əvvəlcə "ətürpəşdirici" hesab edilsə də, son illərdə populyarlıq qazanmağa başlamışdır. Miyakocima şəhərində Mamoru-kuna həsr olunmuş içkilər, şirniyyatlar və telefon aksessuarları satılır.[1] Turistlər üçün Mamoru-kun fiqurlarını göstərən xüsusi xəritədə və içərisində "Miyakocima Mamoru-kunun mahnısı" olan CD hazırlanmışdır.[2]