Böyük İran və ya Antik İran (fars. ایران بزرگ - İran-e Bozorg və ya fars. ایرانزمین - Irānzamīn) — İranın mədəni təsirinə məruz qalan bölgələri özündə birləşdirən coğrafi ərazi. Adətən bu ərazi indiki İran platosu mərkəzdə olmaqla Qafqazı, Şərqi Anadolunu, Hind çayı boyunca olan torpaqları və Pakistanı əhatə edir.[1][2][3] Bu termin Encyclopædia Iranica tərəfindən də istifadə edilməkdədir.[4]
Bu anlayış mədəni bir anlayışdır və irani xalqlarının yerləşdiyi sərhədləri təmsil edir. Bu anlayış heç bir siyasi vəziyyətlə bağlı deyil. Bu bölgü Tunc dövrü məskunlaşmasını göstərir, siyasi meydana gəlmələr isə bu mədəniyyətin süqutundan əsrlər sonra meydana gəlmişdir. III əsr kitabələrində Sasani İmperatorluğunun Böyük İran sərhədlərini tamamilə örtən siyasi bir quruluş olaraq bölgəni idarə etdiyi göstərilməkdədir. Bu vəziyyət yalnız mədəni məzmunla əlaqədar olaraq bir İranlı milləti meydana gətirmişdir.
Riçard Nelson Fray; Böyük İranın ərazisini Qafqaz Əfqanıstan, Pakistan və Orta Asiyanın bir qismi (Xorasan, Xarəzm) olaraq, mədəni sərhədlərinin isə Qərbi Çindən Sami dillərinin danışıldığı Qərbi Mesopotamiya, Aralıq dənizi və Egey sahillərinə qədər uzandığını söyləmişdir. Fraya görə İran, İrani dillərin danışıldığı və İranın çoxmədəniyyətliliyini saxlayan torpaqların hamısını əhatə etməkdədir.[5]
Richard Foltz isə: "Böyük İran" xalqlarını ehtiva edən bölgələrin Mesopotamiyadan Qafqazyaya, Xarəzm, Mavəraünnəhr, Baktriya, və Pamir dağları olduğu farslar, madaylar, parfiyalılar və sogdlar da daxil olmaqla İslamdan əvvəl bütün Zərdüşt bölgələrdir. Böyük İran, Yunanıstan sərhədindən Hind çayına qədər olan bölgəni əhatə edir.[6]
J. P. Mallory və Douglas Q. Adams'a görə: Əhəmənilər imperiyası dövründə Böyük İranın qərb bölgələrində əsasən cənub qərb İran dilləri, şərq hissələrində isə Avesta ilə əlaqəsi olan şərq İran dilləri istifadə edilirdi.
Corc Lane: Monqol İmperatorluğunun dağılması ilə Elxanilər və Olcaytular Böyük İranın hökmdarı olmuşdur. Judith G. Kolbas'a görə: bu dövlətlərin rəhbərliyi M.S. 1304-1317 illəri arasında olmuşdur.[7]
Teymurilər dövləti tarixçisi Mir Khwand Böyük İranı (Iranshahr) Fərat çayından AmuDərya arasında olan bölgə olaraq qeyd etmişdir.
Farscada Böyük İran; Iranzamin (ایرانزمین) yəni "İran ölkəsi" mənasını verməkdədir. İslamdan əvvəlki dövrdə iranlılar iki əsas bölgəni idarə etməkdə idilər. Bunlardan biri İran digəri isə Aniran olaraq adlandırılırdı.
Rusiya imperiyası ilə İran arasındakı müharibələrin nəticəsində imzalanan Türkmənçay müqaviləsi və Gülüstan müqaviləsi ilə Azərbaycan ərazisi iki dövlət arasında bölüşdürülmüş, İranın Orta Asiyadakı torpaqlarının bir qismi Rusiya İmperiyasının tərkibinə daxil olmuşdur. İranın qərb sərhədlərində isə 1823-cü ildə Abbas Mirzənin gözlənilməyən ölümü və İranın baş vəziri Mirzə AbolQasem Qa'im Maqam'ın öldürülməsi nəticəsində bir çox Orta Asiya xanları çara qarşı olan döyüşlərində İran şahının onları dəstəkləmə ümidlərini itirmişdi. Rus ordusu Aral sahilini 1849-cu ildə işğal etmiş, Daşkəndi 1864-cü ildə, Buxaranı 1867-ci ildə, Səmərqəndi1868-ci ildə, Xivə və Amudəryanı isə 1873-cü ildə işğal etmişdi.