Modallıq

Modallıq (fr. modalité, lat. modus - ölçü, üsul) — mühakimənin doğruluq dərəcəsini göstərən fəlsəfi kateqoriya. Hər-hansı bir obyektin mövcudluğu və ya hər hansı bir hadisənin gedişi üsulu (ontoloji M.). Yaxud obyekt, təzahür və ya hadisə haqqındakı anlayış, mühakimə üsulu. Aristotelin işlətdiyi M. anlayışı sonralar klassik fəlsəfəyə daxil olmuşdur. Yeni dövr məntiq və fəlsəfəsində mühakimənin İ.Kant tərəfindən assertorik, apodiktikproblematik mühakimələrə bölünməsi ənənəvi şəkil almışdır.[1]

  1. Модаллыг // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 16.