Model (musiqi qrupu)

Model[1] — 2005-ci ildə "A Due Carmen" adı ilə yaradılan və sonradan 2008-ci ildə "Model" adını alan Türkiyənin alternativ rok qrupudur.

Model
Əsas məlumatlar
Üslub alternativ rok
Fəaliyyət illəri 2005-2016
Ölkə Türkiyə Türkiyə
Şəhər İzmir
Leybl Doğan Music Company[d]
Heyət

Okan Işık (Gitar)
Can Temiz (Bas Gitara)

Kerem Sedef (Nağara)
Keçmiş üzvlər

Serkan Gürüzümcü
Aşkın Çolak
Burak Yerebakan

Fatma Turgut
Əməkdaşlıq

Sony Music (2009)

GNL / DMC (2011-2016)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2005-ci ildə "A due Carmen" adı ilə Okan Işık (gitaraçı), Aşkın Çolak (zərb alətləri) və Can Temiz (bas gitara) tərəfindən yaradılmışdır. 2007-ci ildə vokalda Fatma Turqut və gitarada Serkan Gürüzümcü qrupa qoşuldu və daha sonraki il qrupun adı "MODEL" olaraq dəyişdirildi.

Onun ilk albomu "Perili Sirk" 2009-cu ildə GNL Entertainment-in dəstəyi ilə işıq üzü görüb. "Olmaz" mahnısı diqqət çəkib və albomda Levent Yüksellə ifa etdiyi "Bak Bir Varmış Bir Yokmuş" dueti yer alıb.

Model albom və səhnə işlərindən əlavə şirkətlər üçün hazırladığı sinqıllarla da adından söz etdirib. Brend Konfransı üçün 10-cu Yubiley Himni, 1 sınqıl və 1 intro bəstələdi. 2009 və 2010-cu illərdə konfransın musiqi koordinatoru olub. Qrup 2010-cu ildə Efes Pilsenin "Küçədə Həyat Var" layihəsində iştirak edib. 25 sentyabr 2010-cu ildə Antalyada keçirilən Efes Pilsen One Love Festivalında iştirak etmişdir.

2012-ci ildə Model

İkinci albomu 2011-ci ilin fevral ayında Demir Demirkanın prodüseri olduğu "Diğer Masallar" adı ilə çıxdı. Bu müddət ərzində qrup AFM, Herbalife, Algida və Sinpaş kimi brendlər üçün sinqıllar üzərində çalışıb. "Diğer Masallar" albomundan çıxan "Buzdan Şato", "Pembe Mezarlık", "Değmesin Ellerimiz" və "Bir Melek Vardı" mahnıları böyük rəğbətlə qarşılanıb. Albom çıxandan bir ay sonra Modeldən ayrılan ikinci gitaraçı Serkan Fürüzümcünün yerinə Burak Yerebakan gəldi.

Daha sonra Kerem Sedef 2012-ci ilin dekabrında Modeldən ayrılan nağara ifaçısı Aşkın Çolakın yerinə gəlib. Keremin Model üzvləri ilə köhnə illərindən dostluq münasibəti olduğundan dərhal onların musiqi tərzinə uyğunlaşaraq albom üzərində işləməyə başladı. Albom işlərinə başlamazdan əvvəl qrupun ikinci gitaraçısı Burak Yerebakan Modeldən ayrıldı və qrupda cəmi 4 nəfər qaldı.

Üçüncü albomu "Levla'nın Hikayesi", 2013-cü ilin noyabr ayının son həftəsində GNL Entertainment etiketi ilə çıxdı. Model bu albom üçün konsept yaratmaq istəyirdi. Ayrılıqdan sonrakı yasın beş mərhələsi, daha sonra isə insanın daxili hesabı, insani münasibətləri lirika ilə izah olunur. "Diğer Masallar" albomunda olduğu kimi, "Levla'nın Hikayesi" Demir Demirkanın prodüserliyi ilə qeyd edildi. Model qrupu üç alboma imza atıb. İstanbul Live, Jolly Joker, Bronx Pi səhnəsində və müxtəlif festivallarda iştirak edib.

Qrup 26 sentyabr 2016-cı ildə dağılma qərarı ilə yollarını ayırıb. Lakin sentyabrın 27-də Model qrupunun solisti Twitter-də retvitlə bunu təkzib etdi. Dekabrın 27-nə keçən gecə Fatma Turqut öz sosial hesabından ayrıldığını, Can Temiz və Okan Işık isə Model qrupunun sosial media hesabından bunu təsdiqləyiblər.

9 mart 1986-cı ildə İzmirdə anadan olan Okan Işık 2003-cü ildə 60. Yıl Anadolu Liseyini bitirib. O, böyük qardaşının aldığı klassik gitara ilə orta məktəbdə musiqiyə başlayıb. Ege Universitetinin maşın mühəndisliyi fakültəsini bitirdikdən sonra Model qrupunun digər üzvləri ilə birlikdə İstanbulda məskunlaşıb. Hal-hazırda Qalatasaray İTM-də təqaüdlə səs mühəndisliyi təhsili alır və YTU-da maşın mühəndisliyi üzrə magistr təhsili alır. Modeldəki işindən başqa, müxtəlif musiqi studiyalarında çalışıb. 2013-cü ildə Serra Arabacıoğlu ilə ailə həyatı qurub.

Can Temiz 1987-ci ildə İzmirdə anadan olub. İbtidai və orta təhsilini burada bitirib. O, orta məktəbdə bacısının aldığı klassik gitara ilə musiqiyə başlayıb. 11 yaşında bu gitara ilə ilk bəstələrini bəstələməyə başlayıb. O, ilk bas gitarasını 13 yaşında götürüb. 2004-cü ildə Ege Universitetinin Biokimya fakültəsinə daxil olub. Bir neçə il "əyləncə" üçün müxtəlif qruplarla çalışdıqdan sonra 2005-ci ilin sentyabrında Serkan və Fatma'nın iştirakı ilə daha sonra Okan və Aşkın ilə Model adlanacaq "A due Carmen" qrupunu qurdu. 2009-cu ilin yanvar ayında Model ilə İstanbula köçdü. 2010-cu ilin sentyabr ayında Portfolio Creative Advertising School-a qəbul olunmuş və noyabr ayında təhsilini başa vurmuşdur. 2016-cı ildə Model qrupu dağıldı. Can Temiz 2016-cı ildə ABŞ-a köçüb və burada Okan Işıkla "Seven Day Sleep" adlı qrup yaradıb. Bu gün də o, Seven Day Sleep qrupunda işləməyə davam edir. Bundan sonra Türkiyəyə qayıdıb və 2020-ci ildə "Hayvan Yaralı" adlı sinqılı çıxararaq solo karyerasına başlayıb və bu layihə üzərindəki işləri davam edir.

Qrupun qadın solisti: Fatma Turqut
  • Fatma Turgut (Vokal) (2005–2016)
  • Kerem Sedef (Nağara-Zərb)
  • Perili Sirk (2009)
  • Diğer Masallar (2011)
  • Levla'nın Hikayesi (2013)
  • "Bir Pazar Kahvaltısı" (feat. Emre Aydın) (2014)
  • "Mey" (2016)
  • "Dağılmak İstiyorum" (feat. Ozan Doğulu)" (2012)
  • "Böyle Akşamlar" (feat. Ozan Doğulu)" (2014)
  • "Olmaz" (2009)
  • "Buzdan Şato" (2011)
  • "Değmesin Ellerimiz"[2] (2011)
  • "Pembe Mezarlık"[3] (2011)
  • "Bir Melek Vardı" (2012)
  • "Dağılmak İstiyorum (feat. Ozan Doğulu)" (2012)
  • "Makyaj" (2013)
  • "Ağlamam Zaman Aldı" (2013)
  • "Antidepresan Gülümsemesi" (2014)
  • "Böyle Akşamlar (feat. Ozan Doğulu)" (2014)
  • "Bir Pazar Kahvaltısı (feat. Emre Aydın)" (2014)
  • "Sen Ona Aşıksın" (2015)
  • "Sarı Kurdeleler" (2015)
  • "Mey" (2016)[4]
  • 12-ci Tuborg Roxy Musiqi Günləri — Billboard Xüsusi Mükafatı
  • Nokia Super Sound'07, "Dostunuzla gedən ən yaxşı musiqi" kateqoriyası — birincilik mükafatı
  • Digital Age Awards — "Sokakta Hayat Var" adlı mahnı ilə Ən Yaradıcı Musiqi/Səs Dizaynı qalibi (C-Section agentliyinə verilən mükafatı)
  • PAL FM Musiqi Mükafatları — Ən Yaxşı Qrup
  • 18-ci Kral Musiqi Mükafatları — Ən Yaxşı Qrup
  • 11-ci Rotabest Mükafatları — Ən Yaxşı Qrup
  • 39-cu Qızıl Kəpənək Musiqi Mükafatları — Ən Yaxşı Qrup
  • 24-cü Kristal Elma Türkiyə Reklam Mükafatları — Ən Yaxşı Reklam Musiqisi — Kağıttan Gemilerim
  • 42-ci Qızıl Kəpənək Musiqi Mükafatları — Ən Yaxşı Qrup
  • 1st Gossip Time İl Sonu Mükafatları — Ən Yaxşı Qrup