Modern Talking

Modern Talking (azərb. Müasir Danışıq‎) – Tomas AndersDiter Bolendən ibarət disko üslubunda rəqs mahnıları ifa etmiş alman musiqi dueti. Alman pop-musiqi tarixində ən uğurlu duetlərdən biri hesab olunur.

Modern Talking
Loqonun şəkli
Modern Talking qrupunun son konserti
Modern Talking qrupunun son konserti
Əsas məlumatlar
Üslub Sinti pop
Dans-pop
Fəaliyyət illəri 19841987
19982003
Ölkə Almaniya Almaniya
Şəhər Hamburq
Dil ingiliscə
Leybl Hansa Records
Ariola Records
RCA Records
SonyBMG
Heyət Tomas Anders
Diter Bolen
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1980-ci illərin sonlarında Modern Talking Avropanın ən məşhur qrupları sırasında dururdu. Duet iki musiqiçi: Diter Bolen (7 fevral 1954, Oldenburq) və Tomas Andersdən (əsl adı Bernd Vaydunq, 1 mart 1963, Münstermayfeld) təşkil olunur. Bu musiqiçilərin görüşməsinə əsas səbəkar "Hansa" Berlin səsyazma studiyası olmuşdur. Bəstəkar və prodüser Diter Bolen özünün " Was macht das schon" adlı mahnısını ifa etmək üçün Tomas Andersi Hamburqa dəvət edir. Diterin təklifinı cavab olaraq Tomas dərhal Hamburqa uçur və mahnı üzərində çalışmalara başlayır.

1983–1984-cü illərdə musiqiçilər ən uğurlusu "Wovon traumst du denn" olmaqla alman dilində 5 sinql buraxırlar. Lakin Diter tədricən başa düşür ki, beynəlxalq uğuru yalnız ingiısi dilində manhılar ifa etməklə əldə etmək olar və nəticədə 1984-cü ildə musiqiçilər Real Life qrupunun "Catch me İ`m falling" hit mahnısının kaver-versiyasını işləyirlər. Lakin layihə hazırlandıqdan sonra musiqiçilərin adları hallanmır və layihə Headliner adı altında tanınır, musiqnin müəllifi kimi isə Steve Benson adı hallanır (Diter Bolenin yaradıcı psevdoadlarından biri).

Duetə məşhurluq gətirən ilk mahnı isə 1984-cü ilin sentyabrında buraxılan "You`re my heart, you`re my soul" superhiti olur. Mahnı ilk əvvəl musiqisevərlərin layiqli qiymətini ala bilmir və yalnız Formel Eins proqramından sonra əsl populyarlığına qovuşur. Sinql ilk əvvəl alman, sonra isə Avropa hit-paradlarını fəth edir. Dünya şöhrətli Adidas idman geyimləri kompaniyası Diterlə geyimlərinin qrupun klip və konsertlərində nümayiş etdirilməsi barədə müqavilə bağlayır.

1985-ci ilin martında Modern Talking növbəti hitlərini – "You can win if you want" mahnısını, az sonra isə ilk albomlarını "The First Album" buraxır. Albomda mahnıların əksəriyyətində vokal hissəni Tomas Anders ifa edirdi, yalnız bir mahnını "There`s Too Much Blue In Missing You" Diter Bolen ifa edir və bu Diterin qrupun 20 illik tarixində yeganə vokal ifası olur. Bütövlükdə albom böyük uğur əldə edir. Məşhur "Peter`s Pop Show" televiziya layihəsində qrupa 75 "qızıl" və "platin" disk təqdim olunur. Modern Talking super-pop-qrup statusunu əldə edir və bütün Avropa boyu böyük və sədaqətli pərəstişkar ordusu toplayır. Qrupun buraxdığı albomlar böyük tirajlarla satılır.

Fikri ayrılığı və tənəzzül

[redaktə | mənbəni redaktə et]

Bununla belə qrup üzvləri arasında get-gedə fikir ayrılığı yaranır və bu sonda qrupun dağılması ilə nəticələnir. Tənəzzülün son səhnəsi 1986-cı il konsertlərin birində baş verir. Diter və Tomas arasında mübahisənin əsas səbəbi qrupun ifaçı heyəti ilə bağlı olur. Mətbuat və ictimaiyyət isə qrupun dağılmasında əsas səbəb kimi Tomasın şöhrətpərəst həyat yoldaşı Nora Balllinqi göstərirdi. Bu hadisədən sonra qrup daha iki il, kontraktın bitməsinə qədər fəaliyyət göstərir və bu müddətdə daha iki albom ("Romantic Warriors" və "In The Garden Of Venus") buraxmağa nail olur. Nəhayət qrup üzvləri 1987-ci ildə qarşılıqlı razılıq əsasında ayrılırlar.

Tənəzzüldən sonra

[redaktə | mənbəni redaktə et]

Ayrılıqdan sonra Tomas solo-karyeraya başlayır və ABŞ-yə yollanır. Diter də yeni Blue System qrupu ilə yaradıclıq fəaliyyətinı davam edir. Hər iki musiqiçi kifayət qədər məşhur olsalar da, heç biri Modern Talkingin uğurunu təkrarlaya bilmir. Diter Bolen "Blue System"dən əlavə C. C. Catch, Kris Norman, Bonni Tayler, Errol Braun kimi müğənilərə mahnılar yazır, Tomas Anders isə konsertləində tez-tez Modern Talkingin mahnılarına müraciət edir.

Modern Talking 1998-ci ilin yazında təntənəli şəkildə yenidən səhnəyə qayıdır. Tomas və Diter tezliklə "Back For Good" adlı yeni-könhə albomu buraxır. Belə ki, albom əsasən qrupun köhnə manhılarınn remikslərindən təşkil olunur. Yeni albomun dünya üzrə satışı 26 milyon nüsxə təşkil edir. 1999–2003-cü illər aralığında qrup 5 albom buraxır. Qrupun üslubu demək olar ki, yüngül müasir rəqs musiqisi olaraq dəyişilməz qalır. Bəzi mahnılar amerikalı reper Erik Sinqletonun iştirakı ilə yazılır. Səbəb qrupun Amerika tamaşaçılarını fəth etmək olur, lakin arzuları həyata keçmir. Qrupda reperin iştirakı köhnə pərəstişkarlarda mənfi reaksiya oyadır. 2003-cü qrup rəsmi olaraq mövcudluğunu dayandırır.[1]

Ad Albom Yüksək mövqe Sertifikasiyalar
Almaniya Avstriya
[2]
Finlandiya
[3]
Fransa
[4]
Macarıstan
[5]
İtaliya
[6]
Niderland
[7]
Norveç
[8]
İspaniya
[9]
İsveç
[10]
İsveçrə
The 1st Album
  • Göstərildiyi tarix: 1 Aprel 1985
  • Leybl: Hansa
  • Formatlar: CD, Vinil, kaset
1 2 9 5 5 12 2
  • GER: Platin
  • SPA: Qızıl
Let's Talk About Love
  • Göstərildiyi tarix: 14 Oktyabr 1985
  • Leybl: Hansa
  • Formatlar: CD, Vinil, kaset
2 4 16 3 3 4 1
  • GER: Platin
  • SPA: Qızıl
Ready for Romance
  • Göstərildiyi tarix: 26 May 1986
  • Leybl: Hansa
  • Formatlar: CD, Vinil, kaset
1 1 7 5 4 6 1
  • GER: Platin
  • SPA: Platin
In the Middle of Nowhere
  • Göstərildiyi tarix: 10 Noyabr 1986
  • Leybl: Hansa
  • Formatlar: CD, Vinil, kaset
1 2 19 8 5 9 3
  • GER: Qızıl
  • SPA: Platin
Romantic Warriors
  • Göstərildiyi tarix: 8 İyun 1987
  • Leybl: Hansa
  • Formatlar: CD, Vinil, kaset
3 6 35 10 9 15 8
  • SPA: Platin
In the Garden of Venus
  • Göstərildiyi tarix: 30 Noyabr 1987
  • Leybl: Hansa
  • Formatlar: CD, Vinil, kaset
35 23 49
  • SPA: Qızıl
Back for Good
  • Göstərildiyi tarix: 30 Mart 1998
  • Leybl: Hansa
  • Formatlar: CD, kaset
1 1 1 2 1 14 3 1 6 1 1
  • GER: Qızıl
  • FIN: Platin
  • FRA: Platin
  • SPA: Platin[11]
  • SWE: 2× Platin[12]
  • SWI: 2× Platin
Alone
  • Göstərildiyi tarix: 19 Fevral 1999
  • Leybl: Hansa
  • Formatlar: CD, kaset
1 2 4 11 1 9 12 5 3
  • GER: Platin
  • AUT: Qızıl
  • FIN: Qızıl
  • SPA: Qızıl
  • SWE: Platin[13]
  • SWI: Platin
Year of the Dragon
  • Göstərildiyi tarix: 28 Fevral 2000
  • Leybl: Hansa
  • Formatlar: CD, kaset
3 5 22 3 26 18 4
  • GER: Platin
  • SWI: Qızıl[14]
America
  • Göstərildiyi tarix: 19 Mart 2001
  • Leybl: Hansa
  • Formatlar: CD, kaset
2 7 5 37 10
  • GER: Gold
Victory
  • Göstərildiyi tarix: 18 Mart 2002
  • Leybl: Hansa
  • Formatlar: CD, kaset
1 7 10 14
  • GER: Gold
Universe
  • Göstərildiyi tarix: 31 Mart 2003
  • Leybl: Hansa
  • Formatlar: CD, kaset
2 10 24 25
  • GER: Qızıl
"—" bu işarə albomun heç bir hit-paradda yer tutmadığını bildirir.
Ad Albom Yüksək zirvə
Almaniya Avstriya İspaniya
[15]
İsveçrə
You're My Heart, You're My Soul
  • Göstərildiyi tarix: Aprel 29, 1988
  • Leybl: Ariola Express (Sony Music)
  • Formatlar: CD, LP, kaset
The Modern Talking Story[16]
  • Göstərildiyi tarix: 1988
  • Leybl: Hansa (Ariola)
  • Formatlar: CD, LP, kaset
Best of Modern Talking
  • Göstərildiyi tarix: 1988
  • Leybl: Hansa (Ariola)
  • Formatlar: CD, LP, kaset
16
Romantic Dreams
  • Göstərildiyi tarix: 28 Sentyabr, 1988
  • Leybl: Ariola Express
  • Formatlar: CD, LP, kaset
Greatest Hits Mix
  • Göstərildiyi tarix: 1988
  • Leybl: N/A
  • Formatlar: CD, LP, kaset
The Collection
  • Göstərildiyi tarix: 1 İyul, 1991
  • Leybl: Hansa
  • Formatlar: CD, LP, kaset
93
You Can Win If You Want
  • Göstərildiyi tarix: 1991
  • Leybl: Hansa
  • Formatlar: CD, LP, kaset
You Can Win If You Want
  • Göstərildiyi tarix: 17 Yanvar, 1994
  • Leybl: Ariola Express
  • Formatlar: CD, kaset
Selected Singles '85-'98
  • Göstərildiyi tarix: 2001
  • Leybl: Musicrama
  • Formatlar: CD, kaset
We Still Have Dreams – The Greatest Love Ballads of Modern Talking
  • Göstərildiyi tarix: 2 Sentyabr, 2002
  • Leybl: Hansa
  • Formatlar: CD, kaset
The Golden Years
  • Göstərildiyi tarix: 9 Sentyabr, 2002
  • Leybl: Ariola Express
  • Formatlar: CD, kaset
The Greatest Hits of Modern Talking
  • Göstərildiyi tarix: 2003
  • Leybl: Sony/BMG Korea
  • Formatlar: CD, kaset
The Final Album
  • Göstərildiyi tarix: 23 İyun, 2003
  • Label: Hansa
  • Formatlar: CD, Cassette
3 39 53
Les Indispensables
  • Göstərildiyi tarix: 2006
  • Leybl: RCA
  • Formatlar: CD, kaset
The Hits (2 CDs)
  • Göstərildiyi tarix: 4 May, 2007
  • Leybl: Ariola
  • Formatlar: CD, Digital download
Remix Album[17]
  • Göstərildiyi tarix: 29 Fevral, 2008
  • Leybl: Hansa
  • Formatlar: CD, Digital download
All the Best — The Definitive Collection (Box Set)
  • Göstərildiyi tarix: 29 Avqust, 2009
  • Leybl: Ariola Express
  • Formatlar: CD, Digital download
25 Years of Disco-Pop
  • Göstərildiyi tarix: 22 Yanvar, 2010
  • Leybl: SME Media
  • Formatlar: CD, Digital download
16 10
"—" bu işarə albomun heç bir hit-paradda yer tutmadığını bildirir.
Ad İl Zirvə mövqeyi Sertifikasiyalar Albom
Almaniya
Avstriya
[18]
Belçika
[19][20]
Böyük Britaniya
[21]
İtaliya
[22]
Niderland
[23]
Norveç
[24]
İspaniya
[25]
İsveç
[26]
İsveçrə
[27]
Böyük Britaniya
[28]
"You're My Heart, You're My Soul" 1984 1 1 1 3 22 4 3 2 3 1 56 The 1st Album
"You Can Win If You Want" 1985 1 1 2 8 39 6 2 2 70
  • GER: Qızıl
  • FRA: Qızıl
"Cheri, Cheri Lady" 1 1 3 18 6 10 1 1 3 1
  • GER: Qızıl
  • FRA: Gümüş
Let's Talk About Love
"Brother Louie" 1986 1 2 6 6 3 20 8 1 1 2 4 Ready for Romance
"Atlantis is Calling (S.O.S. for Love)" 1 2 4 21 13 6 8 2 3 3 55
"Geronimo's Cadillac" 3 3 4 43 27 36 7 1 6 6 In the Middle of Nowhere
"Give Me Peace on Earth" 29 28 14
"Lonely Tears in Chinatown"
(yalnız İspaniyada istehsal edilib)
9
"Jet Airliner" 1987 7 10 14 36 3 12 12 Romantic Warriors
"Don't Worry"
(yalnız İspaniyada istehsal edilib)
25
"In 100 Years…" 30 4 In the Garden of Venus
"You're My Heart, You're My Soul '98" 1998 2 2 26 3 6 4
  • GER: Platin
  • Belçika: Qızıl
  • FRA: Qızıl
Back for Good
"Brother Louie '98" 16 17 2 2 9 21
"You Are Not Alone" 1999 7 5 13 4 5 15 12
  • GER:Gold
Alone
"Sexy, Sexy Lover" 15 27 19 25 35
"China in Her Eyes" 2000 8 22 6 26 20 Year of the Dragon
"Don't Take Away My Heart" 41
"Win the Race" 2001 5 14 36 31 America
"Last Exit to Brooklyn " 37 44 92
"Ready for the Victory" 2002 7 20 11 62 Victory
"Juliet" 25 42 83
"TV Makes the Superstar" 2003 2 15 55 Universe
"—" bu işarə sinqlın heç bir hit-paradda yer tutmadığını bildirir.
  1. ""Chartverfolgung/MODERN TALKING/Longplay". Musicline.com. Retrieved 2009-11-21". 2016-03-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-01-17.
  2. "Modern Talking: Austria's Album Chart Positions". Swisscharts.com. 2021-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-26.
  3. "Modern Talking: Finnish Album Chart Positions". Finnishcharts.com. 2022-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11-12-2009.
  4. "Modern Talking: French Album Chart Positions". Hung Medien. 2012-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-10.
  5. "Mahasz: Archívum › Kereső - előadó/cím szerint". Association of Hungarian Record Companies. 2012-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-17.
  6. "Gli album più venduti del 1998". Hit Parade Italia. 2013-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05-10-2009.
  7. "Modern Talking: Dutch Album Chart Positions". dutchcharts.nl. 2012-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-21.
  8. "Modern Talking: Norwegian Albums Positions". Norwegiancharts.com. 2021-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11-12-2009.
  9. Salaverri, Fernando. Sólo éxitos: año a año, 1959–2002 (1st). Spain: Fundación Autor-SGAE. September 2005. ISBN 84-8048-639-2. (#accessdate_missing_url)
  10. "Modern Talking: Swedish Albums Positions". Swedishcharts.com. 2021-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11-12-2009.
  11. "Solo Exitos 1959-2002 Ano A Ano: Certificados 1996-1999". Solo Exitos 1959-2002 Ano A Ano. 2013-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-13.
  12. "AR 1998" (PDF) (Swedish). IFPI Sweden. 2011-06-16 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2012-09-17.
  13. "AR 1999" (PDF) (Swedish). IFPI Sweden. 2012-03-05 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2012-09-17.
  14. "Hitparade.ch: Awards 2000" (German). swisscharts.com. Hung Medien. 2015-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-17.
  15. "Modern Talking: Spain's Album Positions". Spanishcharts.com. 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-02-05.
  16. "Modern Talking: The Modern Talking Story (Compilation)". Swisscharts.com. 2012-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-12-12.
  17. "Modern Talking: Remix Album(Compilation)". Swisscharts.com. 2012-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-12-12.
  18. "Modern Talking: Austrian Singles Chart Positions". Austriancharts.at. 2022-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-26.
  19. "Modern Talking: Belgian Singles Positions". ultratop.be. 2022-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11-12-2009.
  20. "Belgian position for You're My Heart You're My Soul". top30-2.radio2.be. 2012-04-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-04-11.
  21. "Modern Talking: French Singles Chart Positions". lecharts.com. 2016-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-04.
  22. "Billboard: Hits of the World (page 66)". Billboard Magazine. 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-28.
  23. "Modern Talking: Dutch Singles Positions". Dutch Top 40. İstifadə tarixi: 2012-12-04.[ölü keçid]
  24. "Modern Talking: Norwegian Singles Positions". Norwegiancharts.com. 2021-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11-12-2009.
  25. Salaverri, Fernando. Sólo éxitos: año a año, 1959–2002 (1st). Spain: Fundación Autor-SGAE. September 2005. ISBN 84-8048-639-2. (#accessdate_missing_url)
  26. "Modern Talking: Swedish Singles Positions". swedishcharts.com. 2022-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11-12-2009.
  27. "Modern Talking: Swiss Singles Chart Positions". Swisscharts.com. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-26.
  28. "Modern Talking: UK's Singles/Albums Positions". Chart Stats. 2012-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-26.
  29. "InfoDisc: Les Certifications depuis 1973". Syndicat National de l'Édition Phonographique (French). InfoDisc. 2016-02-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-09-17.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]