Modern insan və Tanrı — Baqir Sədrin fəlsəfi əsəri.
Modern insan və Tanrı | |
---|---|
| |
Müəllif | Baqir Sədr |
Janr | Fəlsəfə |
Orijinalın dili | Ərəbcə |
Ölkə | İraq |
Nəşriyyat | Parlaq İmzalar |
Səhifə | 120 |
ISBN | ISBN 978-9952-8257-9-4 |
"Modern insan və Tanrı" kitabı iki fundamental tezisi – Allahın varlığını və həzrət Məhəmmədin peyğəmbərliyini yeni bir üslubla isbatlamağa çalışır. Bu üslub müasir elmlərdəki müddəaları isbatlamaq üçün istifadə edilən və ehtimallar nəzəriyyəsinə əsaslanan induktiv modeldir. Müəllif metodun çətinliyinə baxmayaraq, sadə misallarla mövzunun mənimsənilməsini asanlaşdırmışdır.
Oxucu kitabı mütaliə etdikcə "elm" və "iman"ın öz induktiv məntiqi əsaslarında bir-birilə sıx əlaqəli olduğuna və bu baxımdan, onları bir-birindən ayırmağın mümkünsüzlüyünü dərk edir. Beləliklə, nəticə alır ki, əgər elm qəbul ediləndirsə, onda iman da qəbul edilməlidir, yox, əgər iman inkar olunursa, onda elm də inkar olunmalıdır.