Modulyasiya (lat. modulation – müntəzəmlik, sabitlik) — bir tonallıqdan digərinə, eləcə də məqamına görə fərqlənən eyniadlı tonallığa (məsələn, do majordan do minora) keçid. Modulyasiya melodiya və harmoniyanı yeni çalarlarla zənginləşdirir, akkordların funksional əlaqəsini genişləndirir, musiqinin gərgin, dinmik inkişafına səbəb olur. Musiqi əsərinin kompoziyası və hissələrinin qarşılıqlı əlaqəsində modulyasiya əhəmiyyətli rol oynayır. Kamil (yeni tonallıqlda tamamlanmaqla) və qeyri-kamil (əvvəlki tonallığa qayıtmaqla; aralıq modulyasiya) modulyasiya olur.[2]