Mohammad Taqi Xalili

Mohammad Taqi Xalili (1976, Meydanşəhr) — Əfqanıstannın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2014-cü ildən)[1]

Mohammad Taqi Xalili
Şəxsi məlumatlar
Doğum tarixi 1976
Doğum yeri
Təhsili

Mohammad Taqi Xalili 1976-cı ildə Əfqanıstanın Vərdək vilayətinin Maydan şəhərində anadan olmuşdur.

Gənc yaşlarında ikən ibtidai və orta təhsilini almaq üçün Vərdək vilayətindən Kabul şəhərinə köçür.

Daha sonra isə ali təhsilini İran, Azərbaycanİsveçrədə davam etdirir. O, siyasi elmlər sahəsində bakalavr bitirmiş və 2012-ci ildə Vaşinqtondakı Corctaun Universitetində liderlik üzrə magistr dərəcəsini qazanmışdır.

2002-ci ildə Taliban hökumətinin süqutundan sonra, Xalili Əfqanıstan Xarici İşlər Nazirliyində işə başlamışdır. İlk təyinatı Cenevrədə yerləşən Əfqanıstanın BMT-dəki daimi nümayəndəliyinin üçüncü katibi vəzifəsi olmuşdur. İsveçrədə 5 il çalışdığından sonra Kabula qayıtmış və Əfqanıstan Prezidentinin müavini vəzifəsinə seçilmiş atasının – Mohammad Karim Xalilinin siyası müşaviri vəzifəsinə təyin edilmişdir.

Siyasi müşavir vəzifəsində çalışdığı müddətdə Həmid Kərzainin prezident seçilməsində fəal iştirakı ilə fərqlənmişdir. Əfqanıstanın tarixində ilk dəfə olaraq, 2009-cu ildə Prezident Kərzainin seçkilərindən iki həftə əvvəl 50.000 nəfərə çatan siyasi partiya dəstəkçilərinin Kabul İdman Stadionunda baş tutmuş ən böyük toplantısının kampaniyalar üzrə baş meneceri olmuşdur. Əvvəlki dövrdə məzlum olan qadınların kampaniyanın fəal iştirakçılarına çevrilməsi Əfqanıstanın insan hüquqları sahəsində nailiyyət hesab edilmişdir. Xalilinin rəhbərliyi əfqan gənclərinin seçkilərə aktiv şəkildə cəlb edilməsi ilə xarakterizə olunub.

2 il Prezident müavinin müşaviri vəzifəsini icra etdikdən sonra, 2010-cu ildə Əfqanıstanın ABŞ-dakı səfirliyinin siyasi müşaviri vəzifəsinə təyin olunmuşdur.

2013-cü ilin fevral ayında Nyu-Yorkda yerləşən Əfqanıstanın BMT-dəki daimi nümayəndəsinin müavini və Naziri vəzifəsinə təyin edilmişdir. 2014-cü ilin iyun ayında səlahiyyətlərini bitirmiş və Kabula geri qayıtmışdır.

19 dekabr 2014-cü il tarixindən etibarən rəsmi olaraq Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsində fəaliyyətə başlamışdır.

Evlidir, 1 qızı və 2 oğlu var.