Molamyayn, əvvəllər Moulmeyn (birm. မော်လမြိုင်မြို့, MLCTS = mau la. mruing mrui) — Myanmada şəhər, Mon ştatının inzibati mərkəzi. Andaman dənizinin Moutama körfəzi sahilində balıqçılıq portu rolunu daşıyan şəhərdə iri dəmiryol stansiyası var. Burada taxta-şalban hazırlanır. Şəhərdə toxuculuq fabriki, çəltiktəmizləmə və gəmi təmiri müəssisələri var. Sənətkarlıq inkişaf etmişdir.[1] Ölkənin ən böyük dördüncü şəhəridir.[2][3]
Molamyayn | |
---|---|
Yangon | |
16°29′05″ şm. e. 97°37′33″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +95 57 |
Vikianbarda əlaqəli mediafayllar |