Moldova İES

Moldova İES (rum. Termocentrala de la Cuciurgan, rus. Молдавская ГРЭС, tam adı: Moldova İstilik Elektrik Stansiyası) — Moldovanın de-yuri ərazisi olan Dnestryanı Respublikasınını Dnestrovsk şəhərində, Kuçurqan estuarisinin sahilində yerləşən böyük bir istilik elektrik stansiyası. 26 sentyabr 1964-cü ildə istifadəyə verilmişdir. SSRİ-nin dağılmasından əvvəl bölgə xeyli miqdarda elektrik enerjisi istehsal edərək Rumıniya, Bolqarıstan və digər ölkələrə ixrac edirdi. Stansiyanın ümumi gücü 2520 MVt-dır. Stansiya təbii qaz, kömür və yanacaq yağı istifadə edərək elektrik enerjisi istehsal etmək imkanına malikdir.

Moldova İES
rum. Termocentrala de la Cuciurgan, rus. Молдавская ГРЭС
Xəritə
Ümumi məlumatlar
Status İşlək
İstismara verilib 1964
Əsas xüsusiyyətləri
Elektrik enerjisi gücü 2520 MVt
Avadanlıq xüsusiyyətləri
Əsas yanacaq Təbii qaz, mazut, daş kömür
Turbin tipi Buxar
Digər məlumatlar
Mükafatlar "Qırmızı əmək bayrağı" ordeni "Şərəf" ordeni
Sayt moldgres.com
Yerləşməsi
46°38′03″ şm. e. 29°56′20″ ş. u.
Ölkə  Moldova
Moldova İES xəritədə
Moldova İES
Moldova İES
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2005-ci ildə Moldova İES QSC özəlləşdirildi və sonra Rusiyanın İnter SC REŞ-ləri qrupunun bir hissəsi olur. Qeyd etmək lazımdır ki, Moldova hökuməti "Dnestryanın sol sahilində və Bender şəhərində yerləşən, Hökumətlə müəyyən edilmiş qaydada özəlləşdirilməyən obyektlərə mülkiyyət hüququnu təmin etmir"[1].

2009-cu ildən etibarən Moldova İES QSC Moldovaya elektrik enerjisinin əsas tədarükçüsüdür. Moldova bu yolla ehtiyaclarının təxminən yarısını təmin edir.

Sovet dövründən elektrik enerjisi istehsalının kəskin azalmasına və Dnestryanı əyalətinin elektrik stansiyaları üçün enerji təchizatı ilə bağlı problemlərə baxmayaraq, hazırkı sahə Rumıniyaya elektrik enerjisinin ixracını bərpa emək və istehsalını artırmağı planlaşdırır[2].

2013-cü ilin əvvəlində təbii qaz qiymətlərdəki artımla əlaqədar, elektrik stansiyası daha ucuz enerji daşıyıcısına — kömürə keçməyə məcbur oldu. Nəticədə Dnestryanının cənub bölgələrinin sakinləri atmosferdə meydana gələn zəhərli yanma məhsulları səbəbiylə həyəcan keçirdilər. Fermerlər və torpaq sahibləri bunun məhsuldarlığı azalda biləcəyini, ağaclara və bitkilərə qarşısı alıənmaz zərər verəcəyindən narahatlıqlarını bildirdilər[3].

2013-cü ilin martında Moldova İES Rumıniyaya elektrik enerjisinin ixracını dayandırdı, lakin bu Moldova İES-na ciddi təsir göstərmədi, çünki ixracat ildə 400 milyon kVt/saata yaxın idi (elektrik stansiyasının satışının 10% -dən az)[4].

2013-cü ilin məlumatlarına görə, Moldova İstilik Elektrik Stansiyası Dnestryanının ən böyük ixracatçılarından biri idi[5]. Stansiyada 2800 nəfər işləyirdi, Hansı ki, Dnestrovsk şəhərinin ümumi əhalisi 12 min nəfər idi. İşçilərin orta əmək haqqı təxminən 200–300 dollardır[6].

2019-cu ilin əvvəlində elektrik stansiyasında 2183 nəfər çalışırdı. Boş 90 iş yeri vardır. Burada orta əmək haqqı 7,622 rubl (~ 466 $) təşkil edir[7].

  • Qırmızı Əmək Bayrağı ordeni (1971) — əməyin yüksək səviyyəsinə və beş illik tapşırıqların yerinə yetirilməsinə görə[8].
  • Fəxri Fərman (DMR) (2014) — Dnestryanı Moldov Respublikasının enerji sənayesinin inkişafında, elektrik enerjisinin fasiləsiz tədarükünü təmin etməkdə və Moldova İES Qapalı Səhmdar Cəmiyyətinin ilk enerji blokunun istifadəyə verilməsinin 50 illiyi ilə əlaqədar verdiyi böyük töhfəyə görə[9].
  1. "Закон Республики Молдова О приватизации" (PDF).[ölü keçid]
  2. "Румыния намерена увеличить импорт электроэнергии из Приднестровья". 2008-10-25 tarixində arxivləşdirilib., "Новый Регион"
  3. "Молдавская ГРЭС и экология" (rus). 2013-03-14. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-15.
  4. "Молдавская ГРЭС прекратила поставки электроэнергии в Румынию" (rus). 2013-03-14. İstifadə tarixi: 2013-03-15.[ölü keçid]
  5. Сергей Вулпе. "Молдавская ГРЭС в начале марта прекратила экспорт электроэнергии в Румынию" (rus). 2013-03-11. 2013-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-15.
  6. Ирина Устименко. "В СРАВНЕНИИ С ПРИВАТИЗАЦИОННЫМ 2005 ГОДОМ, УРОВЕНЬ ВЫРАБОТКИ НА «МОЛДАВСКОЙ ГРЭС» ВОЗРОС В 2-3 РАЗА" (rus). 2013-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-15.
  7. "Молдавская ГРЭС: итоги года". Новости Приднестровья. 2019-02-12. 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-28.
  8. ЛАРИСА СТОЙЛОВА. "ОТКУДА ПРИХОДЯТ В НАШИ ДОМА СВЕТ И ТЕПЛО?". pridnestrovie-daily.net. 2014-09-26. 2014-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-02.
  9. "Указ Президента ПМР № 307 «О награждении Орденом Почета закрытого акционерного общества «Молдавская ГРЭС» города Днестровск»". president.gospmr.ru. 2014-09-25. 2016-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-29.