Moldova düzənliyi

Moldova düzənliyi (rum. Câmpia Moldovei ) - Molovanın şimal-qərbində yerləşən coğrafi obyekt. Düzənliyin bir hissəsi Rumıniyanın şimal-şərqinə aiddir. Moldova düzənliyi Moldova yaylasının altı komponentindən biri hesab olunur. Düzənlik adlandırılmasına baxmayaraq ərazinin relyefi yetərincə təpəlidir.

Moldova düzənliyi
rum. Câmpia Moldovei
Moldovanın fiziki xəritəsi
Moldovanın fiziki xəritəsi
Ümumi məlumatlar
Mütləq hündürlüyü 200 m
Yerləşməsi
Ölkə  Moldova

Moldova düzənliyi Moldova yaylasının mərkəzi-şimal hissəsində yerləşir. Hündürlüyü 200 metr arasında dəyişir. Düzənlik aşağıdakı hissələrdən ibarətdir: 1) Jijia düzənliyi. Düzənlik Prut çayından qərbdə yerləşir. 2).Orta Prut vadisi və ya Prut orta düzənliyi. Prut çayından şərqdə yerləşir. Sahəsi , 2930 km²-dir. 3). Balti çölü və Rats düzənliyi. Prut çayının şərqindədir. Sahəsi 1920 km²-dir.

Moldovada Balti çölünü və Orta Prut vadisinin Moldova düzənliyi adlandırırlar. Eyni zamanda Rumıniyada Mildova düzənliyi ilə Jijia düzənliyi sinonim söz kimi istifadə olunur. 1940-cı illərə kimi Moldova düzənliyi termini yuxardakı coğrafi obyekləri ifadə etmək məqsədi ilə istifadə edilirdi. Bəzən isə Balti çölü ilə Orta Prut vadisini bir termində - Balti çölü kimi adlandırırdılar.

Moldova düzənliyi hər tərəfdən təpələrlə əhatələnib: Suçava yaylası, Niester, Korneşt və Ciuluc təpələri. Təpəli ərazilər çay dərələri ilə kəskin parçalanıb. Prut çayı düzənliyi şimaldan cənuba doğru iki bərabər hissəyə bölür. Cənub-qərbdən Jijia çayı axır.

Moldova düzənliyi ölkənin ənənəvi kənd təsərrüfatı ərazisidir. Qara torpaqların üstün olduğu bu ərazilərin XIX əsrdə meşə örtüyünün qırılması sürrətlə həyata keçirilib. Bölgədə əsasən taxıl, tərəvəz, tütün, alma, üzüm daha çox əkilir. XX əsrin əvvələrində heyvandarlıq sahələri də inkişaf etdirilməyə başlanılmış: quşçuluq, qoyunçuluq və maldarlıq.