Molla Hüseyn Bateyi[1] (kürd.مەلا باتەیی, Melayi Bateyi)[2] və ya sadəcə Hüseyn (1417 – 1491, Hakkari) — kürdşairi və din xadimi.[3] Kürd mövludlarının demək olar ki, hamısı ondan təsirləndiyi üçün kürd mövlud ədəbi janrının əsasını qoyan şəxs hesab edilir.[4]
Bateyinin həyatı haqqında çox şey məlum deyil. Məlumatların çoxu Avqust Jaba və Mahmud Bəyazididən qaynaqlanır.[5] Ərtuşi tayfasından idi və Əlkinin Bate kəndində anadan olmuşdur.[2]