Molla Qasım Bayat

Molla Qasım Molla Məhəmmədəli oğlu Bayat (1836-?) — xəttat, müdərris.

Molla Qasım Bayat
Molla Qasım Molla Məhəmmədəli oğlu Bayat
Doğum tarixi
Doğum yeri Bayat, Kəbirli mahalı
Fəaliyyəti xəttat

Molla Qasım Bayat 1836-cı ildə Kəbirli mahalının Bayat kəndində anadan olmuşdu. İbtidаi təhsilini аtаsındаn аlmışdı. Sоnrа mədrəsədə оxumuşdu. Kəndlərinin dini işləri ilə məşğul olmuşdu. Bayat məscidinin nəzdində mollaxana açmış, uşaqlara savad, şəriət öyrətmişdi.

Molla Qasım xoş xətt idi. Əlyazmaların üzünü köçürürdü. Belə ki, o, əlyazma əsərlərin nüsxələrini çoxaltmaq üçün şagirdləri ilə yanaşı Şuşadan xəttat, rəssam, müzəhib, cildçiləri də kəndlərinə dəvət etmişdi. Onun müddərisliyi dövründə xəttatlıq sənəti əsasən bir fənn kimi Bayat mədrəsəsində tədris edilirdi.

Molla Qasımın Məhəmməd, Yəhya, İsmayıl, Həsən adlı oğlanları vardı.

  • Ənvər Çingizoğlu. Qarabağda sənət və sənətkarlar. Bakı: Elm və Təhsil, 2011, 280 səh.