Kəbirli mahalı

Kəbirli mahalıQarabağ xanlığının mahallarından biri.

İlk dövrlərdə Qarabağ xanlığı ərazisində mərkəz, təhlükə zamanı isə sığınacaq rolunu oynaya biləcək əhəmiyyətli bir yaşayış məntəqəsi yox idi. Buna görə də Pənahəli xanın əmri ilə 1748-ci ildə Kəbirli mahalında Bayat qalası inşa olundu.[1][2][3][4][5][6]

Bayat qalasının ətrafına bişmiş kərpicdən qalın divarlar hörülmüş, divarların ətrafında isə düşmən hücumu zamam su ilə doldurulması nəzərdə tutulan dərin xəndəklər qazılmışdı. Mir Mehdi Xəzani yazır:[7]

" Bayat qalası indi Kəbirli mahalındadır, bina qoyub və təcil ilə bir az zamanla hasar çəkib və möhkəm xəndək və bazar və məscid və hamam təmir edib, tamam ev və əhlü əyallarını və qövmü əqrəbalarını və böyük kəslərinin ev və əyallarını və əhli-mahaldan mötəbər kimsələrinin evlərini orada cəm edib və ətrafdan hətta Təbriz və Ərdəbil və Qaradağ əhllərindən əhli-sənət olan xalq-lardan həm götürüb orada qəsəbə və şəhər kimi məğam bina eylədi... "
  1. "Karabakh Foundation - Shusha". 4 October 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 August 2010.
  2. War Against Azerbaijan - Targeting Cultural Heritage. 2007. ISBN 978-9952-8091-4-5. 2010-09-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: August 17, 2010.
  3. Qarabağnamələr. II kitab.s.40.
  4. "История Карабага". 27 January 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 August 2010.
  5. "Establishment of the Karabakh Khanate". 26 July 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 August 2010.
  6. "КАРАБАГ-НАМЕ: ОБ ОСНОВАНИИ КРЕПОСТИ БАЯТ И О ДРУГИХ СОБЫТИЯХ by МИРЗА АДИГЕЗАЛЬ-БЕК". 21 August 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 August 2010.
  7. Qarabağnamələr. II kitab.s.126.