Molla Qayıb bəy

Molla Qayıb bəyQarabağ bəyi, din xadimi, Məhəmmədəli ağanın oğlu.

Həyatı[redaktə | mənbəni redaktə et]

Molla Qayıb bəy Məhəmmədəli ağa oğlu Veysəlli oymağında dünyaya gəlmişdir. O, ilk təhsilini atasından almış, mükəmməl dini təhsil görmüşdür.

Molla Qayıb bəy Qarabağda din xadimi kimi tanınmışdır. O, Cavanşir nəslinə mənsub xanımla ailə həyatı quraraq ömrünün sonuna kimi Şuşada yaşamışdır.

Molla Qayıb bəyin Molla Həsən bəy, Qasım bəy adlı iki oğlu olmuşdur.

Hazırda Molla Qayıb bəyin nəslindən olanlar Qayıbov soyadını daşıyırlar.

AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov ana tərəfdən Molla Qayıb bəyin nəslindəndir.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Ənvər Çingizoğlu. Məhəmmədxan ağanın törəmələri (Qayıbovlar). "Soy" dərgisi, 1 (4), 2005.
  • Orxan Zakiroğlu (Baharlı).Veysəlli oymağı və Məhəmmədxan ağa nəsli. I kitab. Bakı, 2016
  • Orxan Zakiroğlu (Baharlı). Məhəmmədxan ağa nəslinin tarixi şəxsiyyətləri. Bakı, 2015
  • Orxan Zakiroğlu (Baharlı). Qayıbovlar nəslinin tanınmış həkim övladı. "Bütöv Azərbaycan" qəzeti, 5-11 sentyabr 2012-ci il. № 30 (162)
  • Orxan Zakiroğlu (Baharlı). Qarabağlı Qayıbovlar. "Yeniləşən Azərbaycan" qəzeti, 17-25 may 2013, № 17

Həmçinin bax[redaktə | mənbəni redaktə et]