Qayıbovlar

QayıbovlarAzərbaycan xalqının tanınmış soylarından biri.

Qayıbovlar
Titul Bəy
Əcdadı Məhəmmədxan ağa Veysəlli-Otuziki
Mənşəyi Qarabağ
Təbəəliyi Qarabağ xanlığı,
Rusiya İmperiyası Rusiya imperiyası

Soyun yaranması

[redaktə | mənbəni redaktə et]

Bu soyun babası Məhəmmədxan ağa Veysəlli-Otuzikidir. Onun İmamverdi bəy, Məhəmmədəli bəy adlı oğlanları vardı. Məhəmmədxan ağanın ikinci oğlu Məhəmmədəli bəy Qarabağın həm savadlı, həm də seçmə-saytal zadəlarından idi.

Mirzə Məhəmmədəli ağanın Qayıb bəy adlı oğlu vardı. Qayıb bəy Veysəlli obasında doğulmuşdu. İlk təhsilini atasından almışdı. Sonra Təbriz şəhərinə yollanmış, molla-müctəhidlərin yanında ali təhsil görmüşdü. Sonra Şuşa şəhərinə dönmüş, İbrahimxəlil xanın divan işləri ilə ilgilənmişdi. Vəzarətdə çalışırdı. Molla ünvanı ilə çavlanırdı. Molla Qayıb bəyin törəmələri Qayıbov soyadını daşıyırdılar. Onun Həsən bəy, Qasım bəy adlı oğulları vardı.

Tanınmış maarif xadimi, müdrik el ağsaqqalı Məmməd Murtuza bəy oğlu Məmmədov ata tərəfdən Mirzə Məhəmmədəli bəy Molla Həsən bəy oğlu Qayıbovun nəticəsi, Pəri xanımın nəvəsidir.

AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov ana tərəfdən Qayıbovlar soyundandır. Onun ana babası Murtuza bəy Mirzə Məhəmmədəli bəy Qayıbovun nəvəsidir.

Tədqiqatçı-jurnalist Orxan Zakiroğlu (Baharlı) Mirzə Məhəmmədəli bəy Qayıbovun qızı Pəri xanım Qayıbovanın kötücəsidir.

Tibb elmləri doktoru, professor Arif Mustafayev Mirzə Cavad bəy Qayıbovun nəticəsidir.


Soyun məşhur nümayəndələri

[redaktə | mənbəni redaktə et]
  • Ənvər Çingizoğlu. Məhəmmədxan ağanın törəmələri (Qayıbovlar). "Soy" dərgisi, 1 (4), 2005.
  • Orxan Zakiroğlu (Baharlı). Veysəlli oymağı və Məhəmmədxan ağa nəsli. I kitab. Bakı, 2016
  • Orxan Zakiroğlu (Baharlı). Məhəmmədxan ağa nəslinin tarixi şəxsiyyətləri. Bakı, 2015
  • Orxan Zakiroğlu (Baharlı). Qayıbovlar nəslinin tanınmış həkim övladı. "Bütöv Azərbaycan" qəzeti, 5–11 sentyabr 2012-ci il. № 30 (162)
  • Orxan Zakiroğlu (Baharlı). Qarabağlı Qayıbovlar. "Yeniləşən Azərbaycan" qəzeti, 17–25 may 2013, № 17 (127)