Molodoy kommunist (jurnal, SSRİ)


Molodoy kommunist (rus. Молодой коммунист; mənası – gənc kommunist), əvvəllər Yunı kommunistMolodoy bolşevikÜmumittifaq Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin aylıq ictimai-siyasi və nəzəri jurnalı.

Molodoy kommunist
Təsis tarixi dekabr 1918
Qərargah
Dil rus dili

Tarixi[redaktə | mənbəni redaktə et]

1918-ci ilin dekabrından Moskvada ayda bir dəfə nəşr olunmuşdur. Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin orqanı olan qəzet 1918–1938-ci illərdə "Yunı kommunist", 1939–1953-cü illərdə "Molodoy bolşevik" adları altında çıxmışdır. Qəzet marksist-leninist nəzəriyyənin problemlərini, komsomol siyasi maarifi məsələlərini, gənc nəslin həyatını işıqlandırır, xarici ölkələrdə gənclərin həyatı haqqında məlumat vermişdir. Jurnal ədəbiyyata, incəsənətə, idmana dair məqalələr də dərc etmişdir. 1982-ci ildə tirajı 1 milyon nüsxəyə yaxın olmuşdur.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Молодој коммунист // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 40.

Əlavə ədəbiyyat[redaktə | mənbəni redaktə et]