Molodyojnaya (Antarktika stansiyası)

Molodyojnaya stansiyası (Antarktida)
Molodyojnaya stansiyası
Molodyojnaya stansiyası Antarktida xəritəsində

Мolodyojnaya[1]Rusiya-Belarusa məxsus olan qütb stansiyası. 2006-ci ildən mövsümü stansiya kimi fəaliyyət göstərir. Stansiya ərazisində mövsümdə 15-20 nəfər işləyir.

Stansiya Vladislav İosifoviç Qerboviç tərəfindən 1962-ci ilin fevralında Kosmonavtlar dənizi sahilində yerləşir. Uzun zaman Molodyojnaya stansiyası Sovet Antarktidasının paytaxtı rolunu oynayırdı. Bazada bir küçəyə düzülmüş onlarla tikili mövcud olmuşdur. Bu bazada eyni anda 150 nəfər yaşaya və işləyə bilərdi. Burada yaşayış komleksi, elmi-araşdırma laboratoriyası, yanacaq anbarı və aerodrom mövcuddur. Eniş zolağı İl-76 təyyarələrini sərbəst şəkildə qəbul edə bilir[2].

1990-cı illərdə stansiyada bir çox araşdırmalar aparılmışdır. 1999-cu ildə stansiya fəaliyyətini dayandırmışdır. 9 iyul tarixində isə Rusiya bayağı aşağı endirilmişdir[3]. 2006-ci ildə Rusiya Antarktik ekspedisiyasının rəhbəri Valeri Lukin bəyan edir ki, əvvəllər fəaliyyətini dayandırmış Leninqradskaya, Ruskaya və Molodyojnaya stansiyaları fəaliyyətlərini bərpa edir. 2006-cı ildən stansiyada rus qütbçülər ilə yanaşı belarus ekspedisiyaçları da fəaliyyət gösyərir[4]. 2013-cü ilin martına olan məlumata görə stansiyada 16 rusiya və 3 belarus qütbçüləri fəaliyyət göstərir[5].

Ən sotuq aylarda (iyul-avqust) temperatur — 19 °C, yavarda isə 0 °C təşkil edir.

  1. Молодјожнаја // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 40.
  2. "Arxivlənmiş surət". 2021-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-13.
  3. "К 40-летию станции «Молодёжная» в Антарктиде". Наука и технологии. РИА «Новости». 2003-01-14. 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-09-05. 44-я научная экспедиция под руководством Леонида Сергеевича Алексеева на «Молодёжной» оказалась последней: 9 июля 1999 года флаг РФ на станции был приспущен, после чего зимовочный состав отбыл на судне «Академик Федоров», а сама станция была законсервирована (#first_missing_last)
  4. "Belarus Antarktidada. Nəyə görə ölkəyə qütb stansiyası lazımdır və o necə olacaq? 42.TUT.BY". 2015-07-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-10-13.
  5. "Vesti.Ru: Molodyojnaya xəbərləri: Antarktidada daşlar arasında fəyat əlaməti aşkarlanmışdır". 2019-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-13.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]