Lelinqradskaya — Rusiyaya məxsus olan qütb stansiyası. Stansiya Viktoriya Torpağında Ots sahilində yerləşir. 1971-ci ilin 25 fevralda inşa edilmişdir. 1991-ci ilin martında fəaliyyətini dayandırmışdır. Stansiyada meteorologiya, okeanologiya və qlyasiologiya üzrə elmi araşdırmalar aparmışdır.
İlboyu temperatur mənfi olur. Bəzən isə temperatur müsbəti keçir.
Fevral 2006-ci ildə Rusiya antarktik ekspedisiyasının rəhbəri Baleriy Lukin əvvəllər fəaliyyət göstərən stansiyalar yenidən bərpa ediləcəyini bildirmişdir.
2007-2008 ilin yayında stansiyaya təşkil edilən ekspedisiya zamanı məlum olmuşdur ki, 1991-ci ildə stansiyanın qapıları kimsə tərəfindən çıxarılmışdır. Bu səbəbdən stansiyanın daxili hissəsini buz örtmüşdür. Ekspedisiya üzvləri ancaq iki binaya girə bilmişlər[1].