Molotov kokteyli

SSRİ-Finlandiya müharibəsində bir fin əsgərinin istifadə etdiyi molotov kokteyli.

Molotov kokteyli (ing. Molotov cocktail) — kustar üsullarla hazırlanması mümkün olan partlayıcı yanar şüşə butulka.

Partlayıcı ilk dəfə 1936-1939-cu illərdə İspaniyadakı vətəndaş müharibəsində frankoçular tərəfindən istifadə olunmuşdur.

Bu partlayıcıya SSRİ xarici işlər naziri Vyaçeslav Molotovun adını finlər qoyublar. 1939-1940-cı illərdə Finlandiyaya qarşı müharibəyə başlayan SSRİ-nin paytaxt Helsinkini havadan bombalaması, onun beynəlxalq ictimaiyyətin tənqidlərinə məruz qalmasına səbəb olur. Tənqidlərə cavab olaraq SSRİ xarici işlər naziri Molotov rəsmi bəyanat verir ki, "Sovet hərbi təyyarələri Finlandiyanın paytaxtına bomba deyil, aclıqdan əziyyət çəkən əhali üçün humanitar yardım paketləri atırlar". Fin ordusunun rəhbərliyi bəyanatı kinayə ilə qarşılayır və göstəriş verir ki, ölkəyə soxulan sovet tankları "humanitar" yolla – Molotov kokteylləri ilə qarşılansın. Beləliklə, arsenalı zəif olan Finlandiyanın SSRİ-yə qarşı əsas silahlarından biri yanar şüşə butulkalar – Molotov kokteylləri oldu.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]