Monastır məktəbi (Bolqarıstan)

Muzeyə çevrilmiş Bojenitsa kəndində yerləşən monastır məktəbi. Botevqrad Tarix Muzeyinin filialı

Monastır məktəbi (bolq. килийно училище) — Osmanlı hakimiyyəti dövründə Bolqarıstan ərazisində geniş yayılmış dini yönümlü ibtidai məktəb növü.

XV-XVIII əsrlərdə bütün Bolqar məktəbləri monastır tipli idilər. İlk illərdə kilsələr və monastırlarda yaransalar da, sonradan özəl monastır məktəbləri peydə olmağa başladı. Məktəblərdə şagirdləri orta əsr bolqar ədəbi ənənəsinə əsaslanaraq maarifləndirirdilər.

Monastır məktəblərinin müəllimləri daha çox rahiblər və keşişlər olurdu, az hallarda isə savadlı sənətkarlar və ya tacirlər idi. Müəllim hər tələbə ilə fərdi şəkildə məşğul olurdu. Dərslər yunan, kilsə slavyan və ya hər iki dildə keçirilirdi. Təhsil prosesinin məqsədi şagirdlərə oxumaq, yazmaq, kilsə nəğmələri və saymağı öyrətmək idi. Bəzən dərslər müəyyən sənətkarlıq sənətinin öyrədilməsi ilə eyni anda aparılırdı. Xidməti kilsə kitabları dərsliklər kimi istifadə olunurdu.

XVIII əsrdə monastır məktəbləri xüsusilə geniş yayıldı. O dövrdə bolqar torpaqlarında 100-dən çox belə məktəb var idi. Zaman keçdikcə belə məktəblərdə bolqar dilində kitablar tədris olunmağa başlandı, məsələn Paisi Hilendarskinin "Slavyan bolqar tarixi" adlı əsəri.

XIX əsrin əvvəllərində monastır məktəbləri qarşılıqlı məktəblər ilə əvəz olundu.

Bolqarıstanın şəhərləri və kəndlərində bir neçə monastır məktəblərin binaları bolqar milli dirçəlişinə və ölkədə təhsil sisteminin qurulmasına həsr olunmuş muzeylərə çevrildi.[1]

  1. Smyadovo məktəb muzeyindən reportaj Arxivləşdirilib 2021-04-13 at the Wayback Machine  (bol.)
  • Енциклопедия Пирински край. Том 1, Благоевград, 1995, стр.431-432.