Monastır məktəbi (Bojenitsa)

Ölkə  Bolqarıstan
Yerləşməsi Bojenitsa
Tikilmə tarixi 1806
Sayt Rəsmi sayt

Monastır məktəbi (bolq. Килийно училище) — Bolqarıstanın qərbindəki Botevqrad icmasının Bojenitsa kəndində yerləşən diqqətəlayiq yer. Botevqrad icmasının ən qədim məktəb binasıdır.[1]

Kilsə kitablarının kənarlarındakı qeydlərə görə, Bojenitsa şəhərində məktəbin tikintisindən çox əvvəl də müəllimlər var idi. Məktəbdə müntəzəm təhsil və onun ilk binası Bolqarıstan Milli Dirçəlişi dövrünə, 1806-cı ilə təsadüf edir. Məktəbin ilk müəllimi Stoyan Knezovski idi, hansı ki sonradan keşiş təyin olunmuşdur. 1835-ci ildə Müqəddəs Paraskeva kilsəsinin yaxınlığında yeni məktəb tikildi. Müəllimlərin çoxu Bojenitsa və ya ətraf kəndlərdə yaşayırdılar. Müəllimlərin əmək haqqları aşağı idi və onlar şagirdlərindən müəyyən miqdarda ərzaq alırdılar. Məktəbdə 80-100 uşaq oxuyurdu, bəziləri bura ətraf kəndlərdən gəlirdilər. Əvvəlcə orada yalnız Çasoslov (dua kitabı), Zəburİncil kimi ilahiyyat fənləri tədris olunurdu, lakin sonradan yazı və riyaziyyat əlavə edildi. Sinif və ya qrup mövcud deyil idi: müəllim hər bir tələbə ilə fərdi işləyirdi, şənbə günü isə yoxlama günü sayılırdı. Dərslər iki saatdan üç saata qədər davam edirdi. Şagirdlərə bir saatdan iki saata qədər davam edən nahar fasiləsi verirdilər. İntizam sərt idi və həm müəllim, həm də tələbələr tərəfindən dəstəklənirdi. Aşağıdakı cəzalar tətbiq edilirdi: dik vəziyyətdə dayanma, diz çökərək dayanma, dəyənək ilə əlləri vurmaq. Məktəbdə təmizlk işləri şagirdlər tərəfindən aparılırdı. 1855-ci ildə məktəb yandı, 1880-ci ildə məktəb binası təzədən inşa edildi və günümüzə qədər salamat vəziyyətdə çatdı. Məktəbin özü 1943-cü ilə qədər fəaliyyət göstərirdi.[1]

  1. 1 2 "Килийно училище с. Боженица". museumbot.bg. History museum, Botevgrad. 2019-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 мая 2019. Şablon:Bg icon