Monitor (ing. monitor – xəbərdar edici, qoruyucu) — zirehli suüstü döyüş gəmilərinin ilk tiplərindən biri. Sahil rayonlarında və çayda düşmən gəmilərini məhv etmək, sahil boyu yerləşən düşmən obyektlərinə artilleriya atəşi açmaq və s. üçündür. Adı bu tipli ilk amerikan gəmisinin adından götürülmüşdür. İkinci Dünya müharibəsindən sonra aviasiyanın və raket-nüvə silahlarının inkişafı ilə əlaqədar olaraq istehsalı bütün ölkələrdə dayandırılmışdır.[1]