Monlar[1] (talayn, မွန်လူမျိုး; mùn lùmjóʊ) — Myanmanın cənubunda, əsasən Mon ştatı və ona qonşu vilayətlərdə, eləcə də Tailandın cənub-qərbində yaşayan xalq. Avstroasiya dil ailəsinin mon-kxmer qoluna daxil olan mon dilində danışırlar. VI əsrdə yaranmış əlifbaları var. Buddizmə sitayiş edirlər.[mənbə göstərin]
Ümumi sayı | |||
---|---|---|---|
8 145 500 | |||
Yaşadığı ərazilər | |||
| |||
Dili | |||
Dini | |||
Qohum xalqlar | |||
kxmerlər və digər mon-kxmer xalqları |
Eramızın I minilliyində monların erkən dövlətlər olmuşdur (Dvaravati və s.). I minilliyin sonlarında başlayaraq Mon ölkəsinə şimaldan birmanlılar soxulmağa başlamış və XVIII əsrin ortalarında mon dövləti Dvaravatini süquta uğratmışar. Monların birmanlılara böyük mədəni təsiri olmuşdur. Myanmadakı monların bir hissəsi birmanlılar və karenlər tərəfinddən assimilə edilmişdir.[mənbə göstərin]