Monometalizm (yunan dilindən μόνος – bir və latın dilindən metallum – metal) — pul sistemi. Bu sistemdə müəyyən bir metal ümumi ekvivalent rolu oynayır və pul tədavülünün əsasını təşkil edir. Hansı metalın bu rolu oynamasından asılı omayaraq mis, gümüş və qızıl monometalizmi ola bilər. Monometalist sistemdə tədavülün əsasını təşkil edən qızıl və gümüş sikkələrlə yanaşı, digər metal sikkələr də tədavüldə olur. Kapitalizmin inkişafı ilə onun tələbatına daha uyğun pul sistemi qızıl monometal olmuşdur.[1]