Monqolustan əməliyyatı — 5-ci sovet ordusu, Uzaq Şərq Respublikaları Xalq İnqilab Ordusu və Monqolustan Xalq İnqilab Ordusunun general Ungernik ağqvardiyaçı bandalarını darmadağın etmək məqsədilə keçirdiyi müdafiə (may–iyun) və hücum (iyun–avqust) əməliyyatları.
Monqolustan əməliyyatı | |
---|---|
Tarix | avqust 1921 |
Yeri | |
1920-ci ildə Ungernin qoşunları Monqolustanı tutmuş və orada hərbi diktatura qurmuşdu. Monqolustanın Müvəqqəti Xalq Hökuməti ağqvardiyaçılara qarşı birgə mübarizə üçün köçək göndərməyi SSRİ hökumətindən xahiş etmişdir. Monqolustana 5-ci Ordunun 35-ci atıcı diviziyası, 35-ci süvari alayı və s. hissələr göndərilmişdir. Ümumi rəhbərlik 5-ci ordunun komandanı Mixail Matiyaseviçə həvalə edilmişdir. Sovet və monqol qoşunlarının birgə hücum əməliyyatları nəticəsində Ungernin qoşunları məğlub edilmiş, özü isə əsir alınmış və Sibir inqilabi tribunalının hökmü ilə 15 sentyabr 1921-ci il tarixində güllələnmişdir.[1]