Roman fon Ungern Şternberq (29 dekabr 1885 (10 yanvar 1886)[1], Qrats, Avstriya-Macarıstan[1] – 15 sentyabr 1921[2], Novosibirsk, RSFSR[d]) — Rusiyada Vətəndaş müharibəsi dövründə iştirak etmiş alman əsilli rus komandiri. Ağ ordunun general-leytenantı, Uzaq Şərqdə Ağ hərəkatın görkəmli fiqurlarından biri. Georgiyevsk ordeninin kavaleri. Sakit okeandan Xəzər dənizinə qədər Çingiz xan imperiyasının bərpa olunması ideyasının müəllifi.
- IV dərəcəli Müqəddəs Georgi ordeni — 25 aprel 1915-ci il
- IV dərəcəli Müqəddəs Vladimir ordeni (qılınc və bantla birlikdə) — 12 noyabr 1915-ci il
- IV dərəcəli Müqəddəs Anna ordeni ("qəhrəmanlığa görə" yazısı ilə) — 9 may 1916-cı il
- III dərəcəli Müqəddəs Anna ordeni (qılınc və bantla birlikdə) — 6 sentyabr 1916
- Georgiyevsk silahı — 31 oktyabr 1916-cı il
- III dərəcəli Müqəddəs Stanislav ordeni (qılınc və bantla birlikdə) — 1 dekabr 1916-cı il
- "Kalinov most" qrupunun 2007-ci ildə çıxmış "Ledyanoy poxod" (azərb. Buz yürüşü) albomununda "Veçnoe nebo" (azərb. Əbədi səma) musiqisi Ungernə həsr olunub.
- "Kalinov most" qrupunun 2013-cü ildə çıxmış "Contra" albomunda "Prikaz № 15" (azərb. №15 qərar) mahnısı da Ungernə həsr olunub.
- Yevgeniy Yurkeviç "fon Ungern Şternberqə" musiqisini Ungernə həsr edib.
- Volqoqrad şəhərindən olan "R. A. C." qrupu "Moya derzkaya pravda" (azərb. Mənim sərt həqiqətim) mahnısını Ungernə həsr edib.
- "H. E. R. R." neofolk qrupu "The Baron of Urga" mahnısını Ungernə həsr edib.
- Ukraynanın blek metal qrupu "Ungern" Ungernin şərəfinə adlandırılıb. Qrupun musiqiləri daha çox antikommunistik və nasional sosializm xarakterlidir.
- İtaliyanın martial indastrial metal qrupu olan "TSIDMZ" 2013-cü ildə Ungernə "Ungern von Sternberg Khan" (azərb. Ungern fon Şternberq Xan) adlı albom və eləcə də bu albomda yer alan "Ungern Khan, le Cavalier du Vril" (azərb. Vril kavaleri Ungern xan) mahnısını həsr edib.
- Fransanın stritpank qrupu olan "Paris Violence" qrupu Ungernə "Ungern-Sternberg" mahnısını həsr edib.
- Rusiyanın blek metal qrupu "Bandarlog" Ungernə "Pale Khan" adlı musiqini həsr edib.