Monqun-Tayqa

Monqun-Tayqa (tıva Мөңгүн-ТайгаGümüşü dağlar) — Tıvanın Monqun-Tayqa kojuunun ərazisinə daxil olan dağ silsiləsi[1]. Silsilə Muqur (şimaldan), Şara-Xaraqai (şərqdən və cənub-şərqdən) və Tolayta (qərbdən), Altay ilə (şərqindən) əhatələnir.

Monqun-Tayqa
tıva Мөңгүн-Тайга
Ümumi məlumatlar
Mütləq hündürlüyü 3.970 m
Sahəsi
  • 1.589 ha
  • 84.510 ha
Hündür nöqtəsi 3976
Yerləşməsi
50°16′46″ şm. e. 90°07′12″ ş. u.
Ölkə  Rusiya
Yerləşməsi Tıva
Monqun-Tayqa xəritədə
Monqun-Tayqa
Monqun-Tayqa

Altay dağlarının Rusiya hissəsi Qərbi Sibirin bir bölgəsi hesab olunur, lakin Monqun-Tayqa 1932-ci ildə (Ubsu-Nur çökəkliyinin şimalı ilə birlikdə) Monqolustandan Tuva Xalq Respublikasına verilir. 1944-cü ildə (respublika RSFSR-in tərkibinə daxil olandan sonra) Tıva Şərqi Sibirin bir hissəsi hesab olunur.

Dağın zirvəsi Şərqi Sibirin ən yüksək nöqtəsidir. Parıldayan buz günbəzi ilə fərqlənir. Aydın havada Monqun Tayqa, adını təsdiqləyən kəskin bir gümüş işığı ilə bərq vurur. Burada daim güclü külək əsir.

Massivin şərq ətəyində Hindiktiq-Xol gölü ("göbəkli göl") yüksək və dik sahilləri olan, buzlaq mənşəli təmiz suyu olan böyük bir su tutarı yerləşir. Göl dəniz səviyyəsindən 2.305 m hündürlükdə yerləşir, mərkəzində gölə ad verən iki dağ adası var. Yerlilər su tutarının təmizliyi ilə çox qürur duyurlar. Burada Tıva və bütün Şərqi Sibirin ən yüksək nöqtəsi olan Monqun-Tayqa dağı (3976 m) yerləşir. Monqun-Tayqanın fəth tarixi 1946-cı ildə başlamışdır. Bunun səbəbi dağın müqəddəs sayılması və yerli inanclara görə zirvəyə qalxmağın qadağan olunmasıdır. Zirvə hələdə alpinistləri və dağ turistlərini özünə cəlb edir. Burada müxtəlif çətinlik kateqoriyalı bir neçə marşrut yolu vardır[2]. Massivin mərkəzində qranit, digər ərazilərində kristal şistlər və qum daşları yayılmışdır. Dağlarda ümumi sahəsi 44 km² olan buzlaqlar mövcuddur. Buzlaqlar vaxtı ikən massivin ətrafı boyunca geniş yayılmışdır. Buda keçmiş güclü buzlaşmanın göstəriciləridir. Qədim buzlaqların izlərinin, eroziya ilə bir qədər dəyişdirilmiş təzə relyef formalarının olması ehtimal ki, buz dövrünün sonunda yaranan yüksəlməni göstərir. Massivin şimal yamaclarında çəmən bitki örtüyü və dağ tundrası, cənub yamaclarında isə yüksək dağ çölləri və daş çökəklikləri vardır. Meşə kəmərindən tamamilə məhrumdur. Massivin şimal yamaclarının ətəyində çay və axın vadiləri boyunca Sibir bitkilərindən ibarət olan meşələrinin yalnız kiçik ərazilərinə rast gəlinir.

2000-ci ildə burada Ubsunur Hövzəsi Biosfer Qoruğu qurulur. Alp çəmənliklərini, qaya tundralarını və soyuq çölləri qorumaq üçün 15,890 hektar ərazidən ibarət qoruq təşkil edilir. Arxarİrbis (qar bəbiri) kimi nadir canlıların yayıldığı əsas areallardan biridir.

  1. "Официальный портал республики Тыва". 2020-06-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-01.
  2. "Монгун-Тайга — восхождение на гору небесного медведя. Фотоотчет". 2013-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-01.