Monreal Müasir İncəsənət Muzeyi (fransız dilində: Musée d'art contemporain de Montréal) — Kanadanın Kvebek vilayətinin ən böyük şəhəri olan Monrealda muzey.
Monreal İncəsənət İncəsənət Muzeyi | |
---|---|
Musée d'art contemporain de Montréal | |
Əsası qoyulub | 1964 |
Açılış tarixi | 1964 |
Mövzu | Müasir incəsənət muzeyi |
Ölkə | |
Yerləşir | Kanada, Kvebek vilayətinin Monreal şəhəri |
Kolleksiyası | 7 000 |
Ziyarətçi sayı | 186 min nəfər |
Telefon | +1-514-847-6226[1] |
45°30′27″ şm. e. 73°33′58″ q. u. | |
macm.org | |
Vikianbarda əlaqəli mediafayllar |
1964-cü ildə Kvebek hökuməti tərəfindən əsası qoyulan Monreal Müasir İncəsənət Muzeyi Kanadada müasir incəsənət əsərlərinin nümayişinə əsaslanan ilk muzey olmuşdur. Muzey 1965-ci ildə Fransa ekspressionizminin tanınmış nümayəndəsi, rəssam və qrafik Jorj Ruonun əsərlərindən ibarət sərgi ilə açılmışdır. 1983-cü ildə muzey öz statusunu dəyişərək direktorlar şurası tərəfindən idarə olunan müstəqil korporasiyaya çevrildi. Monreal Müasir İncəsənət Muzeyi müasir binası istifadəyə verilənədək 3 müxtəlif yerdə fəaliyyət göstərmişdir: 1964–1965-ci illərdə Vil-Mari meydanındakı ticarət kompleksində, 1965–1968-ci illərdə Dyufren muzeyində, 1968–1992-ci illərdə Beynəlxalq Ekspo-67 bədii qalareyasında və Site-de-Qavrda.
1992-ci ildə muzey şəhərin mərkəzindəki İncəsənət Sarayına (Place des Arts) köçürülmüşdür. Muzey Kanadada və Kvebekdə təsviri incəsənət, musiqi əsərlərinin, müasir rəqslərin və ekspremental teatrın cəmləşdiyi mədəniyyət kompleksidir[2].
Muzeyin eksponatları və müvəqqəti sərgilər ümumi sahəsi 2500 kv. metr olan 8 qalereyada yerləşdirilmişdir. Muzeyin kolleksiyasına Kvebekdən olan 1500 müəllifin (onlardan 1 200 nəhəri hazırda yaşayır) 7 000-dən çox əsərləri (Muzeydəki bütün eksponatların 60 faizi), həmçinin Kanadanın digər əyalətlərdən olan və xarici ölkələrdən olan müəlliflərin əsərləri daxildir. Kolleksiyada heykəltaraşlıq, rəsmlər, fotolar, media incəsənət əsərləri də daxildir[3]. Muzeydə Luiza Burjuanın, Viktor Bazarelinin, Ceyms Tarrelin, Alfredo Caarın, Bill Violun və bir çox məşhur müəlliflərin əsərləri də nümayiş olunur.