Monte-Roza (it. massiccio del Monte Rosa, alm. Monte Rosa-Massiv, fr. massif du Mont Rose) — Pennin Alp dağlarında, İtaliya və İsveçrə sərhədində dağ massivi. Qranit və qneyslərdən təşkil olunmuşdur. Maksimum hündürlüyü 4634 metrdir (Düfur dağı; hündürlüyünə görə Alp dağlarının ikinci zirvəsi). Buzlaqlar (ən böyüyü Qorner; uzunluğu təqribən 14 kilometrdir), alp və subalp çəmənlik və kolluqları, iynəyarpaqlı meşələr var.[1]
Monte-Roza | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 4.634 m |
Yerləşməsi | |
45°56′12″ şm. e. 7°52′00″ ş. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |