Montegu-Çelmsford islahatı

Montegu-Çelmsford islahatı (ing. Montagu–Chelmsford Reforms) — 1919-cu ildə Britaniya imperiyası parlamenti tərəfindən qəbul edilmiş, 1935-ci ilədək qüvvədə olan Hindistanın idarə olunmasına dair qanun. Hindistan işləri üzrə nazir Edvin Montegu və Hindistan vitse-kralı Frederik Çelmsford işləyib hazırlamışdılar. Montegu-Çelmsford islahatı bir sıra cüzi güzəştlər verməklə (Hindistan general-qubernatoru yanında iki palatalı qanunvericilik orqanı yaradılması və s.) Hindistanda genişlənməkdə olan milli azadlıq hərəkatının qarşısını almaq məqsədi daşıyır və əslində müstəmləkə hökmranlığının mahiyyətini dəyişmirdi. Montegu-Çelmsford islahatına görə Hindistan əhalisinin çox cüzi hissəsinə (təqribən 1%-i) seçki hüququ verilir, 1909-cu ildə qəbul olunmuş mürtəce dini-icma kuriaları bölgüsü sistemi saxlanılırdı.[1]

  1. Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 50.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]